Best model həbs olundu -Fotolar

best-model-hebs-olundu-fotolar
Oxunma sayı: 699

“Best Model Of Turkey 2007” yarışmasının qalibi Neslihan Önder həbs edilib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 2007-ci ildə qalib olmuş Neslihan və digər 10-a yaxın şübhəli şəxslə birgə təhdid, şantaj, təcavüz və yaralama ittihamları ilə həbs edilib. İstanbul Təhlükəsizlik Müdirliyinin Təşkil olunmuş Cinayətlərlə Mübarizə şöbəsi əməkdaşlarının 6 aylıq texniki və fiziki təqiblərinin nəticəsində saxlanılanlar arasında “Karagümrük şəbəkəsi”nin başçısı Nejat Ergin və 2007-ci il Türkiyə birincisi Neslihan Önder də var.

Qeyd edək ki, Neslihan Önder 2011-in yanvarında həyat yoldaşı Erkan Ergun tərəfindən döyüldüyünü iddia edərək məhkəmə müraciət etmişdi. Keçmiş futbolçu Erkan ilə evli və bir uşağı olan Önder həyat yoldaşının onu 2010-cu ilin "Best Model of Azərbaycan” birincisi Günay Musayeva ilə aldatdığını bildirmişdi: “Erkan məni dəfələrlə aldatdı. Ən son Azərbaycanın 2010 Best Modeli ilə bərabər olmağa başlayıb. Üstəlik onunla bərabər olduğunu hər yerə deyir”.

Səidə