“Best Model of Azerbaijan” müsabiqəsinin qalibi qarət edildi - Fotolar

best-model-of-azerbaijan-musabiqesinin-qalibi-qaret-edildi-fotolar
Oxunma sayı: 2524

“Best Model of Azerbaijan” müsabiqəsində “Mister Azerbaijan 2005” adını qazanan Ruslan Mehdiyev mənzilində qarət edilib. “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Binəqədi rayonunda, gecə saat 01.30 radələrində baş verib. Əldə etdiyimiz məlumata görə, Ruslanın mənzilindən 22000 manat məbləğində pul oğurlanıb.

Dəqiq məlumat almaq üçün Ruslan ilə əlaqə saxladıq. O, soyğunçuluq faktını təsdiqləsə də, ona dəyən ziyanın maya dəyəri barədə heç bir açıqlama vermədi. Oğurluq hadisəsi ilə bağlı istintaq işinin açıldığını, məsələyə Binəqədi rayon polisinin baxdığını bildirdi.

Nigar