Bəxtiyar Hacıyevin anasından etiraz

bextiyar-haciyevin-anasindan-etiraz
Oxunma sayı: 645

O, oğlunun həbsinə etiraz olaraq hakim Yeni Azərbaycan Partiyasından çıxdığını bildirib.

Bundan sonra hadisə yerinə gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Bəxtiyar Hacıyevin anasını və orada çəkiliş aparan RATİ-nin əməkdaşını saxlayıb. Hadisə yerində olan AzadlıqRadiosunun müxbirinin verdiyi məlumata görə, mühafizə xidmətinin əməkdaşları qeyd ediblər ki, Solidə Mövlayeva və RATİ-nin əməkdaşını bu məsələni aydınlaşdırmaq üçün aparıblar.

Yarım saat dindirildikdən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Bəxtiyar Hacıyevin anası Solidə Mövlayevaya bildirib ki, onun partiya vəsiqəsi YAP-ın icraçı katibi Əli Əhmədova çatdırılacaq. Bundan sonra Solidə Mövlayeva sərbəst buraxılıb.

RATİ-nin Fəxri Xiyabanda kamera ilə çəkdiyi videogörüntülər isə silinib.