Beyləqanda namus üstündə qətl

beyleqanda-namus-ustunde-qetl
Oxunma sayı: 674

Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Mil kənd sakini, 16 yaşlı Elvin Qasımov özündən 16 yaş böyük Qadir Orucovu qətlə yetirib. O, Qadirə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.
Qətl hadisə namus üstündə törədilib. İlkin məlumata görə, mərhum Qadir Orucov E. Qasımovun anası ilə qeyri-rəsmi görüşürmüş.

E. Qasımov polis tərəfindən tutulub. Cinayət Məcəlləsinin qəsdən adamödürmə maddəsi ilə cinayət işi başlanıb.