“Bəylər Əyyubovun bacısı oğlu polisə silah çəkdi” – Manşetlər

beyler-eyyubovun-bacisi-oglu-polise-silah-cekdi-mansetler
Oxunma sayı: 730

“Azərbaycan” qəzetinin manşetində “Azərbaycan prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdəki səfirinin etimadnaməsini əqbul etmişdir” başlıqlı xəbər dərc olunub. Xəbərdə görüşün təfərrüatları barədə məlumat verilir.

“Azadlıq” qəzetinin manşeti isə “Bəylər Əyyubovun bacısı oğlu polisə silah çəkdi” başlıqlı xəbərdir. Xəbərdə hadisə haqqında ətraflı məlumat verilir.

“Kaspi” qəzetinin manşet xəbəri antikorrupsiya islahatları ilə bağlıdır. “Baş Prokurorluq antikorrupsiya hesabatını açıqladı” başlıqlı xəbərdə hesabatın detalları yer alıb.

“Bizim yol”un manşeti “Göygöl polisində kütləvi dava” başlıqlı xəbərdir. Yazıda hadisə barədə ətraflı məlumat verilib.

“525-ci qəzet”in manşet xəbəri Baş Prokurorluğunun korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərlə bağlı açıqlamasıdır. “Baş Prokurorluq vəzifəli şəxslərin korrupsiya əməllərini açıqladı” başlıqlı xəbərdə təfərrüatları yer alıb.

“Xalq cəbhəsi” qəzetinin manşet xəbərində Türkiyə Ermənistan əlaqələri ilə bağlı Milliyyətçi Hərəkat Partiyasının açıqlaması yer alıb. “Türkiyə müxalifəti Ermənistanla biznes əlaqələrinə qarşı” başlıqlı xəbərdə açıqlamanın təfərrüatları dərc olunub.

“Ayna” qəzeti manşetdə “ABŞ-dan Azərbaycana gözlənilən təklif” başlıqlı xəbər verib. Yazıda ABŞ-ın Azərbaycanın İrana qarşı sanksiyalara qoşulmasını istədiyi qeyd edilib.

“Yeni Müsavat” qəzetinin manşetində isə “Dünya İranın üstünə yeriyir” başlıqlı xəbər dərc olunub. xəbərdə son günlər İrana qarşı sanksiyalar və səfirlərin geri çağırılması haqqında məlumat verilir.

“Yeni Azərbaycan” qəzetinin manşetində isə “Ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub” başlıqlı yazı yer alıb.

“Şərq” qəzetinin manşeti isə Aşura günü ilə bağlı olub. ““Zəncir vurmaq, qan çıxarmaq şəriətə uyğun deyil”” başlıqlı xəbərdə Aşura gününün vaxtı və həmin gün müsəlmanların necə davranması ilə bağlı təfərrüatları yer alıb.

Hazırladı: Fatimə Kərimli