“Beynəlxalq həbsxana islahatları” Tiflisdə

beynelxalq-hebsxana-islahatlari-tiflisde
Oxunma sayı: 661

Deputatın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Cənubi Qafqazda işgəncələrə və pis rəftara qarşı mübarizə və onların qarşısının alınması mövzusunda təşkil olunan bu forumda dövlət rəsmiləri, insan hüquqları institutları, Azərbaycan, Gürcüstan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcək.

Regional forumda işgəncələrin qarşısının alınması və hazırda mövcud olan nəzarət mexanizminin səmərəliliyi və daha da yaxşılaşdırılması imkanları, işgəncə qurbanlarının reabilitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq.

Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə ATƏT-in Ofisi tərəfindən dəstəklənən tədbirdə Çingiz Qənizadə Ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyəti, Azərbaycanda penitensiar müəssisələrdə aparılan islahatlar barədə çıxış edəcək.