Beyonsunun klipində Gürcüstan təsvirləri - Fotolar

<b>Beyonsunun klipində Gürcüstan təsvirləri -<font color=red> Fotolar</b></font>
Oxunma sayı: 166

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeni klipdə fonda gürcü dilində Tibilisi və Çixinvalini göstərən yol işarələri verilib. “Azad Avropa” radiosu və “Rustavi2” telekanalı klipin müəllifi ilə əlaqə saxlamağa çalışsalar da bunun qəsdən yaxud təsadüfən alındığını müəyyənləşdirmək mümkün olmayıb. Sirli nişan internetdə qızğın müzakirələrin yaranmasına səbəb olub. İstifadəçilərin əksəriyyəti Beyonsun bu işarələrdən xəbərsiz olduğunu b qeyd ediblər. Onlar bildiriblər ki, müğənnini yalnız gürcü hərflərinin ekzotik görünüşü cəlb edib. Bəzi istifadəçilər isə gürcü işarələrinin səhrada peyda olmasını təhqir hesab ediblər. Gürcüstan hökumətinin Beyonsun klipində bu işarənin göstərilməsi müqabilində pul ödədiyinə dair fikrilər də irəli sürülüb. İddialara görə bununla Rusiyanın Gürcüstana olan aqressiv münasibətini göstərməyə çalışıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi