“Bəzi məsələlərdə bu hətta vacibdir”- Müsahibə

bezi-meselelerde-bu-hetta-vacibdir-musahibe
Oxunma sayı: 639

- Etibar müəllim, sizcə, Azərbaycanda aparılan islahatların hansı sahəsi daha vacibdir?
- Ölkə Prezidenti tərəfindən aparılan islahatların uğuru göz qabağındadır. Buna görə də hesab edirəm ki, hərtərəfli islahatların aparılması daha məqbuldur. Mövcud şəraitdə neft kapitalını insan kapitalına çevirmək istiqamətində atılan addımlar Azərbaycanın gələcəyi üçün hesablanıb. Bununla yanaşı, Azərbaycanın mövcud müharibə şəraitində olması hərbi quruculuğa da daha çox diqqət ayrılmasını tələb edir ki, bu da Prezidentin daim diqqət mərkəzindədir.

- Milli Məclisin üzvü kimi daha çox nəyə diqqət yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?
- Hər ikisi mühümdür. Deputat bilavasitə seçicilərin səsi ilə qanunvericilik orqanında təmsil olunduğundan bunları ayırmağı məqbul hesab etmirəm.

- Sizin ücün Milli Məclisdə qanunvericilik prosesində komitələrdə işləmək maraqlıdır, yoxsa plenar iclaslarda iştirak etmək?
- Həm komitədə, həm də plenar iclasda müzakirələr vacibdir.

- Deputat olaraq vətəndaşlarla işdə ən vacib məsələ kimi nəyə üstünlük verirsiniz?
- Bu məsələdə çox diqqətli olmaq vacibdir. İstər mən özüm seçicilərin görüşünə gedəndə, istərsə də seçicilərdən kimsə müraciət edəndə çalışıram ki, diqqətlə dinləyib onları narahat edən problemin həllində yardımçı olum.

- Necə hesab edirsiniz, Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi lazımdırmı?
- Bəzi məsələlərdə bu hətta vacibdir.

- Sizcə, qanun layihələrinin müzakirələri harada keçirilməlidir-komitələrdə, yoxsa plenar iclasda?
- Hər ikisində.

- İctimaiyyət tərəfindən verilmiş təkliflər əsasında qanun layihələrinin hazırlanmasını səmərəli hesab edirsinizmi?
- Bəzən elə məsələlər olur ki, vətəndaş cəmiyyətinin təklifləri əhəmiyyətli olur və bundan imtina etmək düz olmazdı.

- Deputat köməkçilərində vacib bacarıqlar hansılar olmalıdır?
- Səbr və peşəkarlıq.

- Seçicilərlə ünsiyyətdə hansı formalardan daha çox istifadə edirsiniz?
- Ümumi və təkbətək görüşlər. Əhəmiyyətli olan nəticədir. Əsas odur ki, seçicini narahat edən problem həll olsun.