Biləcəri sakini bıçaqlandı

bileceri-sakini-bicaqlandi
Oxunma sayı: 779

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən marketlərdən birinin yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı Talıbov Tural Əjdər oğlu naməlum şəraitdə bıçaqlanıb. Bədəninin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan Tural Talıbov hadisə şahidləri tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahi əməliyyat aparılıb və hazırda vəziyyəti stabildir.

Artıq faktla bağlı Binəqədi rayon polis idarəsi və 40-cı polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkən Tural Balıbovun huşu özündə olmadığındani həhəlik polislər hadisə ilə bağlı onun izahatının ala bilməyblər.

Hazırda Binəqədi polisi tərəfindən Talıbovun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.