Biləsuvarda sərnişinlə dolu avtobus dərəyə yuvarlandı - 12 yaralı

bilesuvarda-sernisinle-dolu-avtobus-dereye-yuvarlandi-12-yarali
Oxunma sayı: 650

ANS PRESS-in Cənub bürosundan verilən məlumata görə, Ələt -Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində sərnişin abtobusu “Oka” markalı minik maşnı ilə toqquşub.

Nəticədə sərnişinlə dolu avtobus dərəyə yuvarlanıb. Hadisə zamanı avtobusda 28 sərnişin olub.

Onların arasında 2 azyaşlının da olduğu deyilir. 12 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralıların vəziyyətinin normal olduğunu bildiriblər.