Bin Laden “əl-Qaidə” lideri deyilmiş

bin-laden-el-qaide-lideri-deyilmis
Oxunma sayı: 672

“Qafqazinfo”nun Türkiyə mətbuatına isinadən xəbərinə görə, Bin Laden “əl-Qaidə”nin heç bir əməliyyatında rol oynamadığı məlum olub.

Bin Ladenin öldürüldüyü villadan çıxan və cəmi 200 hissəyə yaxın müxtəlif sübutları incələyən ABŞ-lı mütəxəssis terrorçunun “əl-Qaidə”dən ayrılıb, hadisələrdən kənarda qaldığını deyib. Bin Ladendən qalan dəftərləri, sənədləri yoxlayan mütəxəssis ortaya çıxan məlumatların heç birində “əl-Qaidə” liderinin əməliyyatlarla bağlı sübutların olmadığını bildirib.

Adının açıqlanmasını istəməyən mütəxəssis bildirib ki, Bin Laden dəftərlərinin birində qızının ailə qurmaq məsələləsi ilə bağlı qeydlər də aparıb. Bin Ladenin son zamanlardakı fəaliyyətinə toxunan mütəxəssis deyib ki, adamları ona ayda bir və ya iki dəfə məlumat verirmiş: “Əl-Qaidə” kimi terror təşkilatını ayda iki dəfə məlumat almaqla idarə etmək mümkün deyil”.

Bin Ladendən sonra “əl-Qaidə”nin liderliyinə Misir əsilli Eymen Zəvahiri gətirilmişdi. Siyasi müşahidiçilər Bin Ladenlə Zəvahiri arasında liderlik üçün rəqabət olduğunu qeyd edirlər.