Binanı sökmədilər, sürüşdürdülər-Video

binani-sokmediler-surusdurduler-video
Oxunma sayı: 711

Dəmiryolu layihəsinə görə, relslərin keçəcəyi ərazidə yerləşən və 122 il yaşı olan tarixi bina sökülməyib. Bunun əvəzində 6200 ton ağırlığında binanı 60 metr sürüşdürüblər.

Milli.Az İPTV-yə isinadən bildirir ki, İsveçrənin Sürix şəhərinin Örlikon səmtində yerləşən sabiq zavod binası sökülməyib.

122 illik binanın altına relslər döşənib, təməli qazılıb və linglər vasitəsilə hərəkətə gətirilib.

3-5 m/saat sürətlə hərəkət edirilən bina bu minvalla 60 metr sürüşdürüləndən sonra yeni yerində bərqərar olub.
Çünki binanın yeni yerində də təməl qazılmış və bina əvvəlki vəziyyətində "oturmuş"du.

Binanın sürüşdürülməsi əməliyyatına 3 milyon İsveçrə frankı xərclənib.
130 mühəndislə fəhlənin cəlb olunduğu proses 16 saat davam edib.