“Binə” Ticarət Mərkəzində daha bir hadisə

bine-ticaret-merkezinde-daha-bir-hadise
Oxunma sayı: 653

Məlumata görə, ticarət mərkəzinin təmsilçiləri ilə bəzi satıcılar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya ticarət mərkəzinin təmsilçilərinin tapşırığı ilə sürücünün “Kamaz” markalı yük maşınını satıcıların üstünə sürməsi səbəb olub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralananlardan biri azyaşlı uşaqdır.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Hazırda hadisə yerinə əməliyyat qrupu yollanıb. İnsidentin səbəbləri araşdırılır.

Qeyd edək ki, ötən həftə sözügedən məkanda zəhərlənmə səbəbindən 100-lərlə insan xəsarət almışdı.