Bir ailədən 4 nəfər öldü

bir-aileden-4-nefer-oldu
Oxunma sayı: 649

Hadisə bu gün saat 15:30 radələrində yolun 73.8-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Məlumata görə 90-KZ-938 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 10-FN-274 dövlət nömrə nişanlı “ZİL” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində hələlik adları müəyyən edilməyən Qəbələ rayon sakinləri - “Mercedes”in sürücüsü, onun həyat yoldaşı və iki azyaşlı övladı dünyasını dəyişib. Özəl şirkətə məxsus propan qazı daşıyan avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Propan qazı ilə dolu olan maşın zərbə nəticəsində partlamayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. /APA/