Bir erməni 3 Azərbaycanlını güllələdi

bir-ermeni-3-azerbaycanlini-gulleledi
Oxunma sayı: 653

“Qafqazinfo”nun Rusiya saytlarına istinadən verdiyi məlumata görə, hadisə Dzerjinsk şəhərində “Köhnə Bakı” adlı kafedə baş verib. Azərbaycanlıların olduğu kafeyə daxil olan ermənilərlə aralarında yaranan mübahisə nəticəsində ermənilərdən biri ov tüfəngi ilə qarşı tərəfə 3 dəfə atəş açıb. Nəticədə azərbaycanlılardan ikisi əlini itirib, biri isə ayağından yüngül yaralanıb. Cinayətkar hadisə yerindən qaçsa da onun şəxsiyyəti müəyyənləşdirilib. Hazırda onun barəsində axtarış elan edilib. İnsidentin səbəbləri araşdırılır.

Səidə