Bir gecədə üç qarabağlı intihar etdi

bir-gecede-uc-qarabagli-intihar-etdi-
Oxunma sayı: 658

Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisələrin üçü də ötən gecə qeydə alınıb. Rayonun Fatmayı bağlarında yaşayan, Ağdam rayonunda məcburi köçkün, 29 yaşlı Natiq Qəmbərov yaşadığı binada özünü asıb.

Digər hadisə isə Binəqədi rayonunun 3-cü mədən adlanan ərazisində baş verib. Cəbrayıl rayonundan olan məcburi köçkün, 25 yaşlı Ceyhun Adıgözəlov yaşadığı ünvanda özünü asaraq intihar edib.

Daha bir hadisə Binəqədi rayonu, Yanar dağ yaşayış massivində qeydə alınıb. Həmin ünvanda məskunlaşmış, Füzuli rayonundan olan məcburi köçkün, 55 yaşlı Bayraməli Sadıqov yaşadığı evdə intihar edib.

Hər üç faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/