Bir milyard manatdan çox...

bir-milyard-manatdan-cox
Oxunma sayı: 680

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, vergi daxilolmalarının 39,6 faizi mənfəət vergisinin, 26,5 faizi əlavə dəyər vergisinin, 11,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 6,7 faizi aksizlərin, 15,8 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 571 milyon 657,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 32,6 faiz çoxdur.

Yanvar-fevral aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 13 min 103, 2011-ci ilin iyul ayının 1-dən cari ilin mart ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 17 min 896 olub. 1 mart 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 431 min 628 olub.

2012-ci ilin yanvar-fevral ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2 faiz təşkil edib.
Nigar Məmmədli