“Bir neçə manatlıq əmək haqqı artımı, narazılıqları daha da artırır” - Açıqlama

bir-nece-manatliq-emek-haqqi-artimi-naraziliqlari-daha-da-artirir-aciqlama
Oxunma sayı: 702

Ümid Partiyasının iqtisadi-siyasət komissiyasının sədri Razi Abasbəylinin fikrincə, bu artım əhalinin sosial yaşayışının müdafiəsinin gücləndirilməsinə heç bir xidmət edə bilməz: “Nəzərə almaq lazımdır ki, iki gün öncəki artıma qədər minimum əmək haqqı 85 manat müəyyən olunmuşdu. Sonuncu 8.5 manatlıq artım isə heç bir halda insanların həyatına, sosial rifahına müsbət təsir edə bilməz. Bu inflyasiya səviyyəsi, qiymətlərin artımı fonunda insanların həyatında 1 faizlik belə müsbət dəyişiklik yaratmır. Partiyamız hesab edir ki, Azərbaycan hökuməti bu kimi cüzi artımları analoqu olmayan iqtisadi inkişafla əlaqələndirərək özünü aldatmaqdansa, əmək haqlarının baza hissəsini əhəmiyyətli dərəcədə artırmaq üçün konkret addımlar atmalıdır. Əks təqdirdə bir neçə manatlıq əmək haqqı artımlarını insanların yaşayışını yaxşılaşdıracağını deməklə, Azərbaycan iqtidarı özünə qarşı narazılıqları daha da artırır» deyə partiya funksioneri bildirdi.

Onun fikrincə, əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması üçün Azərbaycanın kifayət qədər maliyyə resursları var: «Hökumət heç bir sosial mahiyyəti olmayan, konkret olaraq yeyinti məqsədilə hər il dövlət büdcəsindən milyardlarla manatı tikintiyə, təmirə ayırmaqdansa, insanların əmək haqlarını və pensiyalarını əsaslı şəkildə artırmaq haqda düşünməlidir».