Bir qrup vəzifəli şəxs Elmar Vəliyevin əlindən “qaçdı”

bir-qrup-vezifeli-sexs-elmar-veliyevin-elinden-qacdi
Oxunma sayı: 774

“Qafqazinfo”nu xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. Məlumatı sayta A.Əliyevin özü verib. İstefa verməsinin dəqiq səbəbini bildirməyən A. Əliyev ayrı işdə çalışacağını söyləyib. Artıq şəhərə yeni baş memar da təyin edilib. Bu, indiyədək baş memarın müavini olaraq çalışan Əli Rüstəmlidir.

Qeyd edək ki, Allahverdi Əliyev 5 ay əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sərəncamı ilə memar vəzifəsinə təyin edilmişdi.

Digər məlumata görə, “Azərpoçt”un Gəncə filialının rəhbəri Hüseyn Vəliyev isə tutduğu vəzifədən azad edilib. Bu barədə saytımıza məlumatı adı çəkilən qurumdan veriblər. Məlumata görə 5 ilə yaxın Gəncə Poçtamtında rəis vəzifəsində çalışan Hüseyn Vəliyev vəzifədən çıxarılıb. Onun yerinə Nizami Mustafayev təyin edilib. Qeyd edək ki, N. Mustafayev bundan əvvəl Gəncə Dövlət Universitetində çalışıb.

Digər bir məlumata görə, 2006-cı ildən Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru işləyən Ruflan Qurbanov da ərizə yazaraq vəzifəsindən istefa verib.