Bir vaxtlar adamlar özləri dayanardı, indi maşınlarını saxlayırlar... - Fotosessiya

bir-vaxtlar-adamlar-ozleri-dayanardi-indi-masinlarini-saxlayirlar-fotosessiya-
Oxunma sayı: 864





Azərbaycan xalqının azadlıq simvolu kimi tanınan, ölkənin ən böyük meydanı olan “Azadlıq” son dövrlər adındakı mənanı itirməyə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, artıq uzun illərdir ki, Bakının Azadlıq meydanı öz təyinatı, yəni mitinqlərin, toplantıların, aksiyaların keçirilməsi üzrə istifadə olunmur. Son illərdə daha çox ölkəyə yeni gətirilən avtomobillərin təqdimat mərasiminin keçirildiyi məkan kimi tanınan Azadlıq Meydanı artıq “stoyanka”ya çevrilib. İndi Azadlıq Meydanına ölkənin ən böyük avtomobil dayanacağı da demək olar. Obrazlı ifadə eləsək, Azadlıq Meydanını adamların yerinə, maşınlar doldurub. Sanki nümayiş edəcək onlar...

Bu yazını uzatmadan hər şeyin gün kimi aydın göründüyü fotosessiyanı təqdim edirik. Ancaq qeyd etmək lazımdır ki, meydandan fotosessiya günün birinci yarısı hazırlanıb. Günün ikinci yarısında isə burada avtomobil təkərindən heç ayaq atmaq olmur. Hazırda meydanda 26 iyun Silahlı Qüvvələr Günü keçirləcək parada hazırlıq işləri görülsə də, meydan “stoyanka” kimi fəaliyyətini davam etdirməkdədir.

Bir kiçik məqamı da qeyd edək. Bu “stoyanka”da hər gün milyonlar qazanılır. Burada gün ərzində saxlanılan maşınların birini 20 qəpikdən hesablayın və ərazinin böyüklüyünə vurun. Yaxşı, soruşmaq ayıb olmasın, bu pullar hara, kimin cibinə gedir? Bilməyən varmı?

Yeri gəlmişkən, bu günlərdə Ermənistan müxalifəti özlərinin Azadlıq Meydanında keçirdiyi mitinqdə qələbə qazandı və hakimiyyəti koalisiya hökuməti yaratmağa məcbur etdi.