Bir yaşlı “Qafqazinfo” – Ad günü

bir-yasli-qafqazinfo-ad-gunu-
Oxunma sayı: 990





Bu gün www.qafqazinfo.az xəbər portalının fəaliyyətə başladığı vaxtdan bir il ötür. 2010-cu ilin avqustun 16-dan xəbər yayımına başlayan portal tez bir zamanda populyarlaşıb, oxucu rəğbəti qazanıb. Hazırda “Qafqazinfo” Azərbaycanda müstəqil fəaliyyət göstərən və böyük oxucu kütləsi olan az sayda xəbər saytlarından biridir.

www.google.com/analytics-in, www.alexa.com- un və digər reytinq saytlarının rəsmi nəticələrinə görə hazırda “Qafqazinfo”ya sutka ərzində 18-20 min arasında “visit” olur. Mətbuatın yay fəslində “ölü dövr” yaşadığını nəzərə alsaq, bir illik fəaliyyəti ərzində bu qədər böyük oxucu kütləsi ətrafına toplayan “Qafqazinfo”nun reytinqi haqqında düşünməyə dəyər. Bir məqamı da vurğulayaq ki, saytın izləyiciləri arasında dünyanın demək olar ki, əksər ölkələrində yaşayan soydaşlarımız var. Qeyd edək ki, reytinq cədvəllərini beynəlxalq qurumlar, heç bir müdaxilə olmadan aparır və hər bir izləyici nəticələrlə tanış olmaq imkanına malikdir.

Bu bir illik fəaliyyəti dövründə dəfələrlə hakker hücumuna məruz qalan “Qafqazinfo”nun hətta bazası silib: “Lakin biz bu təzyiq və hücumlardan sınmadıq. Gördüyünüz kimi minimum imkanlarla ayaqda durduq, yaşadıq. Bizim fəaliyyətimiz haqqında əsl təsəvvür formalaşdırmaq üçün Böyük Vətən Müharibəsindən bəhs edən filmləri yada salmaq olar. Beş altı əsgərlə böyük bir orduya qarşı... Bir sözlə, biz bu bir ildə sürünsək də, bu geriyə yox, irəli hərəkət oldu. Heç ayaq üstə olanlar bizim qədər məsafə qət edə bilmədilər. Əziz oxucular, bütün bu uğurlar Sizin sayənizdədir. Bu ötən ildə bizə dəstək olan oxuculara, bizimlə əməkdaşlıq edən təşkilat və qurumlara, bizə mənəvi dəstək olan dostlarımıza, xüsusi ilə düşmənçilik edən insanlara minnətdarıq. Siz olmasaydınız, biz bir gün belə işləyə, stimul qazana bilməzdik” .

Bu məqamda bəzi informasiyaları da diqqətinizə çatdırmaq istəyirik. Bildiyiniz kimi, portalımız həmçinin www.qafqazinfo.org ünvanında da yenilər. Bundan başqa, potalımızın wap.qafqazinfo.az versiyası oxucuların sərəncamındadır. Yaxın günlərdə isə saytın rus dilində versiyası fəaliyyətə başlayacaq.

Bir sözlə, əziz oxucu, biz bütün qüsurlarımız və uğurlarımızla bir yaşımıza yetdik. Qarşınızda müntəzirik! Lütfən, söyləyin, bizə neçə qiymət düşür?