“Qafqazinfo”nun məlumatına görə, maraqlıdır ki, Türkiyə və İran liderləri eyni tədbirdə iştirak etsələr də ayrıca görüşməyəcəklər. Bu məqam isə Türkiyə mətbuatında əsas müzakirəyə səbəb olub.
Belə ki, son günlər iki ölkə arasında Suriyaya görə fikir ayrılıqları davam etsə də, İƏT-in zirvə toplantısında da buzların əriməyəcəyi gözlənilir.
Ərdoğan və Əhmədinejat təkbətək görüşməsələr də, bir stol arxasında əyləşəcəklər və üstəgəl prezident İlham Əliyevin qonaqların şərəfinə verəcəyi nahar mərasimində də iştirak edəcəklər.
İki lider sonuncu dəfə Tehranda görüşüb.
Qeyd edək ki, Türkiyənin baş naziri prezident İlham Əliyev, Tacikistan lideri Emomali Rahmon, Əfqanıstan prezidenti Həmid Kərzai və Pakistan prezidenti Asif Əli Zərdari ilə təkbətək görüşəcək.