Birinci arvadını, sonra özünü bıçaqladı

birinci-arvadini-sonra-ozunu-bicaqladi
Oxunma sayı: 637

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon ərazisində kirayədə yaşayan Lənkəran rayon sakini 1958-ci il təvəllüdlü Zabil Nemətov arvadı - 1961-ci il təvəllüdlü Balaqız Balayevanı bıçaqlayıb. Sonra isə özünə bıçaqla xəsarət yetirib.

Onların hər ikisi xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) və özünü öldürmə həddinə çatdırmaya cəhd (29, 125-ci) maddələri ilə cinayət işi başlanıb.