Birinci döyüldü, sonra da maşın vurdu

birinci-doyuldu-sonra-da-masin-vurdu
Oxunma sayı: 649

Qəza zamanı 23 yaşlı Nağıyev Rüstəm Tofiq oğlu naməlum avtomaşın tərəfindən vurulub. Hadisədən sonra Tofiq Rüstəmov ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, açıq kəllə beyin tramması alan yaralıya ilkin tibbi yardım göstərilsə də, onun həyatı üçün təhlükə hələ də qalmaqdadır.

Faktla bağlı Abşeron rayon polis şöbəsində araşdırma başlanılıb. İlkin məlumatlara görə, yaralı Rüstəm Nağıyev avtomaşın zərbəsi ilə üzləşməzdən əvvəl naməlum şəxslər tərəfindən döyülüb. Xırdalan şəhərində xırda ticarətlə məşğul olan Nağıyev məhz həmin şəxslərlə mübahisə edən zaman avtomaşın zərbəsi ilə üzləşib. Baş verən hadisənin təfərruatları və rüstəm Nağıyevin hansı şəraitdə xəsarət almasını araşdırmaq məqsədi ilə artıq şöbədə əməliyyat istintaq qrupu yaradılıb./anspress/