Birinci xanım stadionun açılış lentini kəsdi - Fotolar

birinci-xanim-stadionun-acilis-lentini-kesdi-fotolar
Oxunma sayı: 651

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə FİFA standartları səviyyəsində tikilmiş yeni stadion istifadəyə verilib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları vardır. Bildirilmişdir ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər.

Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban xanım Əliyeva onlarla səmimi söhbət etdi.
Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olundu.
Heydər Əliyev Fondunun prezidenti futbolçu qadınlarla xatirə şəkli çəkdirdi.

Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.

Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzuladı.