Birini azad etdilər

birini-azad-etdiler
Oxunma sayı: 676

Onu mitinqində rokçu gənclər Camal Əli və Natiq Kamilovla birlikdə həbs edərək, 5 günlük inzibati cəzaya məhkum etmişdilər.

Həbsiylə bağlı Etibar Salmanlı “Azadlıq” radiosuna deyib ki, onun heç bir günahı yoxdur: «Mintinqdə baş vermiş insident zamanı mən gəncləri sakitləşdirmək istəyirdim. Sonra polis məni də saxladı. Mən özümü günahkar hiss etmirəm».

Səbail Rayon Polis İdarəsində saxlama şəraitindən şikayəti olmadlğını deyən E.Salmanlı, qeyd edib ki, yeməyə ona gündə 2 soyutma kartof verirdilər. Onun sözlərinə görə, 17 martda həbs olunanları ayrı kameralarda saxlayırdılar.