“Biz bir millət olaraq öz iradəmizi ortalığa qoyduq”

biz-bir-millet-olaraq-oz-irademizi-ortaliga-qoyduq
Oxunma sayı: 661

«Əziz soydaşlarım!
23 il bundan əvvəl – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu.
17 Noyabrda millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı.
Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda xalqımıza uğurlar arzulayıram».