“Biz bu məsələyə susqun yox, səbrlə yanaşdıq”

biz-bu-meseleye-susqun-yox-sebrle-yanasdiq
Oxunma sayı: 644

G. Məmmədova bildirib ki, senatorlar qərara düzgün qiymət verib: “Erməni diasporası tərəfindən hazırlanmış və həyata keçirilməsi üçün böyük cəhdlər göstərilmiş bu qərarın təsdiqlənməsi bütövlükdə beynəlxalq münasibətlərin, Türkiyənin, Avropanın münasibətlərinə zərbə vuracaq bir hadisə olacaqdı”.

Deputat qeyd edib ki, iki dövlət arasındakı ziddiyyətlər qısa müddətdə aradan qaldırılacaq: “Türkiyə tarazlaşdırılmış, müdrik siyasət yeridən bir dövlətdir. Bundan sonra atılacaq addımlar Türkiyənin mənafeyini qorumaq və beynəlxalq arenada münasibətlərini gücləndirmək üçün olacaq”.

Türkiyə ictimaiyyətində Azərbaycanın bu məsələ ilə bağlı susqun münasibət göstərməsi haqda informasiyalara toxunan G. Məmmədova “Biz bu məsələyə susqun yox, səbrlə yanaşdıq. Zaman göstərdi ki, bu, düzgün mövqe idi. Bütün Azərbaycan xalqı, rəhbərliyi başda olmaqla Türkiyə xalqının həmişə yanındadır. Sadəcə siyasətdə bir qədər səbirli olmaq lazımdır. Bir də mən deməzdim ki, Azərbaycanda bu məsələyə susqun yanaşıldı. Milli Məclis reaksiyalar verdi, Fransa parlamentinə müraciət etdi, mətbuatımız bu məsələyə münasibətini bildirdi, xalqımızın bütün nümayəndələri Türkiyəni dəstəklədi. Mən üzdə olan hay-küydənsə, dərindən gələn və yekdil dəstəyi üstün tuturam” .

Sədan