“Biz dəstəyə görə Rusiyaya minnətdarıq”

biz-desteye-gore-rusiyaya-minnetdariq-
Oxunma sayı: 644

Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev forumun açılışında bildirib. "Hazırkı forum bu əlaqələrin inkişafına çox mühüm töhfə verəcək. Bu effektiv meydança mühüm məsələlərin, qarşılıqlı təsir perspektivlərinin təyin olunmasının və məsələlərin həlli yollarının müzakirəsinə imkan verir".

Onun sözlərinə görə, bu il Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin bayram edilməsi ilə əlamətdardır. "Biz bu sərhədə nail olduğumuz böyük yüklə yaxınlaşmışıq".

Onun sözlərinə görə, Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında strateji əlaqələrin əsasını qoyub. Mehdiyev həmçinin qeyd edib ki, 2000-ci ildə Vladimir Putinin Rusiya rəhbərliyinə gəlməsi bu gün də inkişaf etməkdə davam edən mehriban qonşuluq münasibətlərinin sabitliyinə müsbət təsir göstərib. “Bu gün Azərbaycan və Rusiya strateji tərəfdaşdırlar. Biz bir çox məsələlərin qarşılıqlı sərfəli həllinə nail olmuşuq. Bunlar həm Samur çayına, həm də sərhəd məsələsinə aiddir. Xəzərin statusu ilə bağlı Bakı, Moskva və Astana arasında proses, demək olar, başa çatıb. İki ölkə arasında ATƏT, BMT və başqa beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsi yüksəkdir", - Prezident Administrasiyasının rəhbəri bildirib.

"Biz Azərbaycanın BMT Təhlükəsizlik Təşkilatına seçilməsi zamanı göstərdiyi aktiv dəstəyə görə Rusiyaya minnətdarıq", - Mehdiyev deyib.

Qeyd edək ki, Bakıda cümə axşamı "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb. /Trend/