“Biz heç nəyi inkar etmirik, demirik ki, əclaf ol”- Müsahibə

biz-hec-neyi-inkar-etmirik-demirik-ki-eclaf-ol-musahibe-
Oxunma sayı: 692

Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri Ramin Hacılının “Qafqazinfo”ya müsahibəsi:


-Ramin Hacılının bu günə qədər etdiyi işlərdən danışaq...

-2006-cı ildən Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədriyəm və “Dalğa” Gənclər Hərəkatında siravi üzv kimi qalmışam. 2008-ci ildə DİP-nin Siyasi Şurasının üzviyəm, həm də 2007-ci ildə Demokratiya Məktəbinin qurucularından, layihənin rəhbəri olmuşam. 2006-cı ildə “Alma” qəzetinin ideya müəllifi də mənəm. 2009-cu ildən Demokratiya Akademiyasının prezidentiyəm.


-Sizə yeni bir vəzifə verilib- Azərbacyan Avropa Hərəkatının baş katibi.

-Bəli. Keçən ilin noyabr ayında mənə bu vəzifə həvalə olundu.


-Bu vəzifə ardıcılığını sizin inkişafınız saymaq olar?

-Bəli, inkişaf hesab etmək olar. Hər bir şəxs həyatda qarşısına məqsəd qoyur və o məqsədə doğru addım-addım gedir. Mən hələ ki, qarşıma qoyduğum bütün məqsədlərə addım-addım yaxınlaşmışam və nail olmuşam. Təbii ki, bəzi məqsədlər və hədəflər olub ki, cata bilməmişəm. Obyektiv və subyektiv səbəblərdən. Ümmumilikdə mən öz siyasi fəaliyyətimdən razıyam.


-Təşkilatlarda olmaqla nə əldə edirsiz?

-Hələ çoxdan hiss etmişəm ki, siyasi və ictimai xarakterim var. Bir müddət daha çox elm sahəsi ilə bağlı idim. 2004-cü ili bütünlükdə təhsilə ayırdım. Baxmayaraq ki, ümidsizlik var idi, mən yenə də baş verənlərdən kənarda qala bilmirdim. O dövrdə çox kitab oxuyurdum, fəlsəfə ilə, xüsusilə yunan fəlsəfəsi ilə maraqlanırdım. Daha sonra İntibah dövrünün fəlsəfəsini oxuyanda çox təsirləndim. Hər şeyin Azərbaycanla paralellərini aparırdım, müqayisə edirdim. 2005-ci ildən isə dostlarımla birlikdə, “Dalğa” Gənclər Hərəkatında ictimai və daha sonra sırf siyasi fəaliyyətə başladım.


-Azərbaycan Avropa Hərəkatı... Bu təmtəraqlı adlar nəyə lazımdı? Partiya daxilində bir hərəkat yaratmağın mümkün olmadığı halda, Siz artıq Azərbaycan Avropa Hərəkatıdan danşırsız.

-Avropa Hərəkatı Avropada mövcud olan bir hərəkatdır. 1948-ci ildə yaradılıb. Çörçelin və digər şəxslərin II Dünya Müharibəsindən sonra sülhü yaymaq, Avropa Birliyi modelini inkişaf etdirmək istəyənlərin qurumudu. SSRİ dağıldıqdan sonra bu qurumun fəaliyyəti bölündü Avropa Şurası ilə. Çünki hökümətlərlə işləmək Avropa Şurasının işidir. Avropa Hərəkatını işi vətəndaş cəmiyyəti ilə işləməkdir. Çox təəssüflər olsun ki, Azərbaycan indiyə qədər bu hərəkata tam hüquqlu üzv ola bilməyib. 2007-ci ildən Azərbaycanda mövcud olan Avropa Hərəkatını nümayəndəliyi tam olaraq bu gunə qədər konqresini keçirə bilməyib, prosedur qaydalarını yerinə yetirməyib, nə Azərbaycan höküməti tərəfindən tanınmayıb, qeydiyyatdan keçməyib, nə də Avropa Hərəkatını mərkəzi ofisi tərəfindən tam hüquqlu üzvü kimi qəbul edilməyib. Mən noyabr ayından etibarən Avropa Hərəkatının baş katibi vəzifəsinə təyin olundum və prosedur qaydalarını bildiyim üşün buna uyğun proses başladı. Bu gün ilk olaraq konqresə hazırlıq prosesi gedir. Eyni zamanda, konqresin daha demokratik olduğunu hər kəsə göstərmək üçün şəffaf konqres edəcəyik. Bu təşəbbüs qrupunun yaratdığı bir şey olacaq, seçkilər üç ildən bir keçiriləcək və bu, ilk seçki olacaq. İlk olduğundan nəyinsə çatışmaması qaçınılmazdır şünki bu ilkdir.
Hal-hazırda Avropa Hərəkatının Aərbaycan nümayəndəliyi yəni prezidenti Surxay Lətifov Avropaya gedib və bütün məsuliyyət mənim çiyinlərimdədir. Azərbaycanın Avropaya inteqrasiyasını Axundovdan bu yana bütün mütəfəkkirlərimiz istiyib. Bu istiqamətdə fəaliyyəti müqəddəs hesab edirəm. Əlimdən gələni edirəm və bundan sorada edəcəyəm ki, Azərbaycanda Avropa Hərəkatı İnistitutu tam gücü ilə fəaliyyət göstərsin.


-Avropa Hərəkatı Azərbaycana nə verəcək?

-Avropaya inteqrasiya istiqmətində Vətəndaş Cəmiyyətinin bu günə qədər ki, fəaliyyətinə bir dəstək olacaq. Xalqla işləmək, dəyərləri təbliğ etmək və ən əsası Azərbaycanda Avropaya inteqrsiya istiqamətində qeyri-hökümət təşkilatları var. Biz assosiativ üzvlər götürəcəyik. Həm mediya quruluşlarını, həm bu istiqamətdə olan gənclər, qadın Təşkilatları və heyvanlar hüquqlarının müdafiəsinə qədər, bütün ictimai və mədəni birlikləri üzv götürəcəyik. Həmcinin şirkətləri, iqtisadi təşkilatları və.s. Həmin təşkilatlarala iş aparılacaq. Avropa ənənələrini həmin təşkilatlarda mövcud olmasına yardım etməkdi ki, inteqrasiya məsələsinə dəstək olsun.
Azərbaycanda bu günə qədər icmalaşma prosesi getməyib. Bu günə kimi icmalaşma prosesinin getməməsinin nəticəsidir ki, bu gün bələdiyyə sistemi insanlar tərəfindən qəbul olunmur. Bələdiyyə deyəndə torpaq satan yada düşür. Biz bu ənənələri dəyişməliyik. Biz bu günə kimi adı götürmüşük, mahiyyəti kənara qoymuşuq. Mən Azərbaycana mahiyəti gətirmək istəyirəm. Səmimiyyəti gətirmək istəyirəm. Biz bir şeyi əldə etmək istəyiriksə imtina etməklə əldə etməliyik. Başa düşməliyi ki, nəyisə eldə etməyin yolu imtinadan keçir, yuxuma haram qatıb səhər tez durmasan nəzərdə tutduğum işləri görə bilməyəcəm. Mən pul xərcləməsəm nəyisə ala bilmərəm, yəni yaşaya bilmərəm. Bu gün Azərbaycan Eurovisiona sevinir, Eurovision istəyir. Bunun üçün də nələrdənsə imtina etməlidir, öz mentalitetinin hansısa elementindən imtina etməlidir. Məsələn, Gey-parad keçirilməsinə qarşı çıxmamalıdır. Əvvəla, bu mənə çox qəribə gəlir. Bu cür problemi olmayan adam niyə geylərə qarşı olmaladır. Özündə gey olmaq təhlükəsi görməyən insanı geylər niyə maraqlandırmalıdır. Həmin insanları çox sevirəm. Onlar mənim bacı və qardaşlarımdı. Amma çoxu təbii ki, pafos, mentalitet, süni vətənpərvərlikdir. Xüsusilə televiziyaların son dövrlər aşıq havalar ilə insanlara sırıdığı şeylərdir. Bunun xaricində bir şey ola bilməz. Mənim üçün geylərin harda toplanması heç vaxt maraqlı olmayıb. Kimlərsə bunu özünə dərd edib. Axı niyə dərd ediblər? Geylər harda istəyir toplansınlar. Bu mənim həyatıma necə təsir edə bilər və ya mənim övladıma necə təsir edə bilər. Mənim övladım gey olacqsa, zatən gey olacaq. Məgər sovet dövründə yox idi, məgər qədim zamanlarda fahişəlik, geylik yox idi? İsgəndər haqında da bunu deyirdilər. Biz belə şeylərin əsiri olmamalıyıq, biz daha qlobal şeylərlə məşğul olmalıyıq. Bizim belə kiçik şeylərlə məşğul olmağımızı bizi sevməyənlər istəyir. Onlar kiçik problemlər yaradırlar ki, biz böyük problemlərimizdən uzaqlaşaq. Bizim bu gün böyük problemlərimizdən uzqlaşıb məişət səviyyəsinə enməyimiz nəticəsidir ki, erməni lobbisi dünyada öz istədiyini həyata keçirir, Azərbaycanın imici pis şəkildə dünyaya təqdim olunur. Azərbaycan Avropa Hərəkatı bu günə qədər Azərbaycan xalqında belə bir təsürat yaradıb ki, kim gəlibsə ya siyasi mühacirət edib, kimlərləsə qarşı durmalar, olmayan kreslonun davası gedib. Bunlar nəyə görə olmalıdır. Yəni hərəmiz bir şey yaradaq. Ancaq bir kreslo uğrunda mübarizə gedə bilər. O da ki, prezidentin kreslosudur.
Mən “Dalğa” Gəncler Hərəkatın Azərbaycan Avropa Hərəkatından daha güclü hesab edirəm. Bundan sonra necə olacaq bilmirəm.Yəni mən bu gün Azərbaycan Avropa Hərəkatı uğrunda Surxan Lətifovla döyüşməkdənsə, “Dalğa” Gənclər Hərəkatın yaradmağı daha məqsədəuyğun görürəm. Əgər bu mənə həvalə olunubsa gözlədiyinizdən daha güclü, daha səmimi və aydın bir hərəkat olacaq. Avropaya inteqrasiya istiqamətində çox səmimi, hətta bəzən tikanlı səmimiyyəti nümayiş etdirən fikirlər səsləndirəcəyik.


-Siz nəyəsə, hansısa siyasi proseslərə münasibət bildirən də, etiraz edən də blog səviyyəsində edirsiz. Kütləyə təsir edə bilmirsiz. Bunu nə ilə bağlıdır?

-Bu artıq dünyada öz elmi həllini tapıb. Cəmiyyət dinamikaları adlı bir elm dünyada yaranmağa başlayıb və çox böyük sürətlə tədbiq olunur. Sosial dinamiklər, yəni cəmiyyət dinamikləri nədir? Cəmiyyətin dinamik təbəqələri hər zaman olur və bu ümumilikdə cəmiyyətin bir faizini təşkil edir. Cəmiyyət həmin o dinamikaların hər hansı birinə sifariş verir. Necə ki, biri qızını köçürəndə hər hansı mebel şirkətinə sifariş verir, elə də biri öz prezidentini köçürmək istəyəndə hansısa sosial dinamik qüvvəyə sifariş verir və yaxud da hansısa icra başçısını, millət vəkilini və s. Bu gün Azərbaycanda sosial dinamiklər öz varlıqlarını zaman-zamn sübut etməyə çalışırlar. Azərbaycan müxalifəti ölmədiyini, var olduğunu göstərməyə çalışır, gənclər təşkilatları öz varlıqlarını, güclərini göstərməyə çalışır. Bunlar hamısı gələcək sifarişə hesablanıb, sifariº almaq üçün reklamdır. Bəlkə də bu insanlar bu cür düşünmür. Amma bu elmi bir şeydir, bu proses dünyanın hər yerində bu cür mövcuddur.


-Ramin Hacılı belə düşünür? Onun fəaliyyəti də alacağı sifarişə əsaslanır?

-Ramin Hacılı belə düşünmür, elm bunu deyir. Mən sadəcə, elmin dili ilə danışıram. Hərdən məntiqin dili ilə, hərdən də öz emosiyalarım danışıram. Burada isə emosiya yoxdur.


-Yəni siz fəaliyyətinizdə bu elmi tətbiq edirsiniz?

-Bəli, mən əvvəldən elmi müstəvini seçmişəm və idda etməyə başlayıram ki, ən güclü lider mənəm, ən yaradıcı mənəm. İnsanlara özünü sevdirmək, xeyriyyəçilik və s kimi müsbət əməllərlə bunu edəsən, ya da ki. mənfi əməllərlə. Bir var özünü sübut etmək üçün bütün vasitələrdən istifadə edəsən, bir də var ki özünü sübut etmək üçün daha pozitiv dəyərlərdən istifadə edəsən. Bu idealist məsələlər kimi də görünə bilər. Lakin məqsəd birdir. Hər kəs özünü daha güclü istehsalçı olduğunu göstərməyə çalışır ki, sabah kimsə qızın köçürmək istəyəndə ona sifariş versin.


-Ya da prezidentini köçürəndə...

-Bəli, prezidentini köçürəndə onu seçsin. Azərbacanda hal-hazırda bütün aksiyalar PR aksiyalarıdır. Hər kəs öz imicinə uyğun aksiyalar keçirir, öz piaraını qurur. Dindarlarda bu işin içindədi, gənclər təşkilatlarıda ayrı-ayrılıqda öz mövqelərini təqdim edir, Azərbaycan müxalifəti öz yerində. Yəni hər kəs öz ifadə tərzini seçib piarı ilə məşğul olur və sifariş almaq üçün cəmiyyətə səslənir. Cəmiyyət sifariş vermədiyi müddətdə onlar heç nə edə bilməz. Cəmiyyətdə sifarişi eyni vaxta hamısına verə bilər ki, birləşin fəaliyyət göstərin, yaxud beşinə verə bilər, birinə də verə bilər. Bu cəmiyyətin sifarişinin yükündən aslıdır. Əgər evdən üç qız köçürsə deməli sifarişdə böyük olacaq.


-Sizlər piarınızı düzgün qurmadığınız üçün səsinizi duyurmağı bacarmırsız?

-Mən bu elm haqqda sizə məlumat verdim. Özümüzə gəlincə, şəxsi danışıram. Mən nə etdiyini düşünüb edən adamam. Mən azadlığımın sərhədlərinin harda başlayıb harda qurtardığını düşünmürəm. Məntiqlə, ağılla, elmlə bir şeyi etmək mümkündüsə edirəm və azadlıq uğrunda qəti mübarizə aparmıram. Öz etmək istədiyimi edirəm. Sabah mən sifariş alada bilərəm, almayada bilərəm mən bunun marağında deyiləm.

-Yəni bunu uğursuzluğunuz hesab etmirsiniz?

-Yox. Bu gün əldə etdiyim güclə onlarla insana dəstək ola bilirəm, yüzlərcə insanın təhsili üçün dəstək olmuşam, minlərlə insanın maariflənməsi üçün kampanyalarda iştirak etmişəm, xeyriyəçilikdə iştirak etmişəm, öz gücümdən istifadə edib hansısa qanunun qəbul olmasına təsir edə bilmişəm. Bunlar mənim uğurumdu.


-Sizin məqsədiniz bunlarla öz piarınızı qurmaq olmayıb? Ancaq tövhə vermək isətəmisiz?

-Mirzə Fətəli Axundov çox istərdi ki, 1918-ci ildə qurulmuş Demokratik Respublika 30-40 il əvvəl qurulaydı ki, oda görəydi. O, görə bilməsə də, bunun üçün çalışdı və sonda bu oldu. İndi biz çalışırıq. Ola bilər ki, görməyək. Amma bunun nəticəsi mütləq olacaq. Və ən əsası cəmiyyət sifariş vermir deyə, öz ideyalarımdanmı imtina edib, başqa yol seçməliyəm? Cəhənnəmə versin, cəhənnəmə eşitsin, qızını köçürmək istəmirsə, qoy evdə qalıb qarısın.


-Ancaq kütlədən kənarda mövcud olmaq mümkün deyil...

-Buna xalqsız xalq üçün mübarizə metodu da demək olar. Mən hesab etmirəm ki, biz bununla məşğuluq. Amma kütlə üçün bu gün başqa şeylər maraqlıdır. Sən, mən yəni biz maraqlı deyilik. Özümü maraqlı etmək üçün bütün yolları məqbul hesab edənlərdən deyiləm mən.


-Bəs kimdi onlar üçün maraqlı olan?

-Onlar üçün maraqlı olan çox pulu olan insanlardı. Çünki, Azərbaycan insanı üçün ən dəyərli şey pukdur. Bu gün bizdə pul olmadığı üçün onlara maraqlı deyilik. Amma bu o demək deyil ki, sabah da maraqlı olmayacayıq. İnsanlar hər şeydən olduğu kimi puldan da bezir. O pula hələ çatmayıblar, çatan kimi bezəcəklər. Mən bütün yolları məqbul hesab edənlərdən deyiləm. Mənim üçün makiavellizm boş şeydi. Mən o qədər realist deyiləm, klassik realist heç deyiləm. Neo-realistlərlə hardasa razılaşıram. Bu gün Azərbaycanda kütlə məni eşitsin deyə, bütün yollara əl atmıram. Kütlənin xoşuna gəlmək üçün Fransanı boykot etmək fikrində də deyiləm. Kütlənin xoşuna gəlmək üçün Azərbaycanın milli mentalitetindən danışım, vətən deyim ağlayım, Aşura günləri gedim özümü zəncirləyim, mən milliyətçiyəm, millətimi sevirəm, “ürəyim vətənpərvərdi, börəyimdən axan qanlar türk qanıdı” kimi şüarlar səsləndirmirəm. Boz Qurd kimi ulamaq fikrim yoxdu. “Ya Qarabağ, ya ölüm” deyib, sonra ölməmək... Bu qədər qeyri- səmimi olmaq istəmirəm. Mən səmimi olacam. Öləndə də deyəcəm ki, mən bütün əclaflıqlara əl atmadım. Biri var bütün əclaflıqlardan istifadə edib hakimiyyətə gələ bilməyəsən, biri də var alnı açıq öz yolunla gedəsən, səmimi olasan, öz bildiyini edəsən. Heç kimi, heç nəyi fikirləşmirsən. Kimisə nəzərə alsan, bir gün o qədər aşağı enərsən ki, qonşum mənə nə deyər deyib, arvadını çadrasını başına bağlayarsan, uşağını döyməyə başlayarsan. Başqalarının xoşuna gəlmək üçün, başqalarının fikri ilə yaşamaq təşəbbüsü insanın içində nə qədər qaynayırsa, o qədər məişətə enir. Bu sizin müsahibədə bir aforizm oldu. Bir fikir var, “Azərbaycan hakimiyyətini devirmək üçün şeytanla əməkdaşlığa belə hazıram”. Bu fikirlə mən qətiyyən razı deyiləm. Dəfələrlə hər yerdə bəyan etmişəm. Yəni şeytanla əməkdaşlıq sabah şeytanla vəzifəni bölmək deməkdir. Mən şeytanla bölünmüş nə çörək, nə vəzifə, nə hakimiyyət, nə də ki arvad istəyirəm.

- Siz adət etdiyimiz şeylərin üslubunu dəyişərək həyata keçirirsiniz. Məsələn, bir kitabın təqdimatını hansısa tədbirdə yox, klubda edirsiz. Yəni əyləncə ilə birlikdə maarifləndirmə aksiyası. Bunu belə adlandırmaq olar? Mən düzgün ifadə etdim?

-Siz suallarınızla mənim demək istədiklərimi daha dolğun şəkildə çatdırmağıma kömək edirsiz, buna görə sizə təşəkkür edirəm. Bu gün Azərbaycan gəncliyi cəmiyyətin dinamik hissəsidir. Bu gün o gəncliyi əyləncə maraqlandırır. Bu gün gənclər özünü ifadə azadlığından məhrumdu. Yəni ki, əylənə bilmir, klublar fahişəxana kimi fəaliyyət göstərir, çox bahalı qiymətlər var. Yəni gənclərin tələbi əylənməkdi. Bu tələbdən istifadə edib onlara əyləncəni bəxş edəndə kitab təqdim edirik. Bir dəyər təqdim edirik. Bizim bu günə qədər keçirdiyimiz partilərdə hər zaman bir mesaj olub. Bunlar insanlar əylənən zaman bu əyləncəni nəyə borclu olduqlarını verən mesajlar olur. “Sən bu gün əylənirsən ki, Azərbaycanda yazar var və o kitab yazir”, “sən bu gün ona görə əylənirsən ki, Azərbaycanda gənclər təşkilatları var və bu təşkilatların bu kimi ideyaları var”, “sən bu gün ona görə əylənirsən ki, Axundovdan, Mirzə Cəlildən, Rəsulzadədən xəbərdar olmalısan və onlara borclu olmalısan”. Bu mesajlar zallarda çatdırılan da o qədər də effekt olmur. Zala gəlib oturan şəxs həmin təşkilatçını özünə borclu bilir. Amma sən onun üçün pulsuz parti təşkil edəndə, mənim imkanım olsa pulsuz pivə paylayaram, yəni xidmət göstərərəm. Artıq o özünü borclu hesab edir və sən mesajı verirsən: “Sən mənə yox, bu kitaba və yaxud da bu dəyərə borclusan”. Kimsə mənə deyəndə ki, niyə mitinqlərə çıxmırsan, həqiqətən çox səmimi deyirəm, mən daha güclü şeylər edəcək potensialdayam. Mənim potensialımdan belə xırda şeylərdə istifadə etməyə çalışmayın. Nə Amerika buna çalışmasın, nə Avropa buna çalışmasın, nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan müxalifəti. Mən bunu zaman-zaman sübut etmişəm və yenə də edəcəm. Əsas mesajın çatdırılmasıdır. Neçə nəfərlə olması vacib deyil. Məsələn 18 yaşı tamam olmamış hollandiyalı xanım dünya səyahətinə çıxır və dünya rekordu vurur. Və bir nəfər mesaj verir, dünyaya insan iradəsinin gücünü göstərir. Şopenhauer bu qədər təsir edə bilmişdimi insanlara? Şopenhauer Eyneşteynlə bərabər iradəni ən çox ifadə edən və önəmsəyən filosoflardan biri idi. Amma Eynşeteyn də bu qədər mesaj verə bilməmişdi insanlara. Eynşteyn o mesajı o qıza vermişdi. Bu gün iki nəfərlə küçəyə çıxıb mesaj verirsən, o mesajı bir nəfər elə ala bilər ki, sabah bir milyon insanla küçəyə çıxa bilər. Deyirlər ki, Adolf Hitlerə Nitşenin təsiri olub. Nitşe yazanda cəmiyyət onu söyürdü, qəbul etmirdi. Amma əsrlər sonra Adolf adlı bir gənc onun yazdıqlarından təsirlənir və bütün dünyanı görmədiyi bir müharibəyə aparıb çıxarır. Elə fərdlər var ki, mesajsızdı. Sizi əmin edirəm ki, Azərbaycan gənclərinin 99%-nin həyatı mesajsızdır. Heç kəs nə mentalitetində, nə dinin də, nə əqidəsində axıra qədər deyil. Biz heç kommunist ola bilmədik. SSRİ Əfqanıstanda uduzan kimi dedik ki, müsəlmanıq. Azərbaycan insanına bu günə qədər özünün məhsulu verilməyib. Özü ağac əkmədiyindən kənardan gələn meyvələri qəbul etməyib. Çünki, yerli mal istəyir. Bu günə qədər Azərbaycan insanın öz ideyası olmayıb, İslam dini belə tam özünün deyil. Yəni özü yaratmayıb. Mən pozitistəm. Mən İslam dinini hər kəsdən çox sevirəm və birmənalı şəkildə hörmət edirəm. Mən İslam dininin siyasətdə istifadə edilməsinə qarşıyam. Dünyəvi dövlət tərəfdarıyam. Rafiq Tağı öldürülür və islam dinindən bunda istifadə olunur. Mən o İslam dininin üstünə gedirəm ki, o, siyasətdə alət olur. O insanları öldürmək üçün istifadə olunur. Mənim davam Ayətullahlarladır, mənim davam o dindən istifadə edənlərlədi. Hər səhər durub Quranda olmayan qanunlar çıxarırlar, mənim davam onlaraladır. Bu gün İslam dini çox təəssüf ki, onların əlindədir. Vəhabi, nurçu, şiə, sünni, aləm dəyib bir-birinə. Çünki, İslam dini təriqət başçılarını əlindədir, siyasətçilərin əlindədir. Dinin müqəddəsliyi qalmayıb. Gənclik gözünü açıb görüb ki, islam deyib adam öldürürlər. İslam dini altında ən alçaq şeyləri edirlər. Bu gün Azərbaycanda İslamı sevən hər kəs İslamı yıpratanlara qarşı mübarizə aparmalıdırlar. Əgər səmimidirlərsə , əgər İslamdan istifadə edib pul qazanmırlarsa. Mən islamdan istifadə edib milyonlar qazanan insanlar tanıyıram. Mən İslam dinindən istifadə edib vəzifədə olan insanlar tanıyıram. Dindən imtina etsə, həmən o insanları vəzifədən atarlar. Amma mən dindən imtina etmirəm. Mən deyirəm ki, ay millət dinimizi elə günə salıblar ki, o dinin daşıyıcısı olduğunu iddiya edən də sənə bomba verirlər ki, get filan kəsi öldür. Mən durub desəm ki, müsəlmanam, deyəcəklər filankəsə salam vermə, filankəsin üzündən öpmə. Hələ zina məsələsini demirəm. Din Tanrı ilə insan arasında bir münasibətdi. İnsan dünyaya gəldiyinə görə heç bir Ayyətullaha borclu deyil. Atasına, anasına borcludur, birdə tanrısına. Tanrımla mənim söhbətlərim olub, pışıldaşmalarım olub. Bu gün ən çox qarşılaşdığı şey, sən siyasətçisən İslama qarşı fikirlər diyirsən, bu qədər insanın səsini itirərsən. Siz məndən qeyri-səmimi olmağımı istəyirsiz. Yəni mən qeyri-səmimi olub İslam dinindən, dolayı yolla sizdən istifadə edim? Mən səmimiyəm, özümü açıram ki, sən məni tanı. Məni soyundurmaq məcburiyyətində qoymuram səni. İkinci ən çox eşitdiyim fikirdə, Ramin filankəslər tərbiyəsizdi, sənidə tənqid edirlər. Niyə onları PR edirsən? Avropanı xristiyan dinini tonqallarından Martin Lüter xilas edib. O kilsəyə qarşı çıxanda, cəmiyyətə qarşı çıxanda, krala qarşı çıxanda hər kəsi tənqid etmək, söymək imkanı var idi. Amma ona sahib çıxıldı. O an başa düşüldü ki, Avropa insanı başa düdü ki, məni tənqid edən mənim ən çox inkişafımı istəyən adamdır. Nitşenin tənqid olmayan bir fikrini eşitmisinizmi? İmkanı olsa alman millətini dənizə tökərdi. Bu gün dünyada ağır müharibələrdən sonra Almaniyanın böyük sıçrayış etməsi əbəs yerə deyil. Bunun səsəsi insanların tənqiddən nəticə çıxarma vərdişinə yiyələnməsidir. Bu gün hər hansı sayt, qəzet, jurnal məni tənqid edir. Amma mən onu alıram. Çünki, bu ənənəni Azərbaycana gətirmək istəyirəm. Səni tənqid etməklə cəmiyyətə fayda verirsə qoy etsin. Sən buna dözə bilmirsənsə, prezident niyə dözsün, nazir niyə dözsün? Səni tənqid etməklə, sənin yaşadığın cəmiyyəti daha sivil olmğa çağırırsa, deməli sənin rahatlığını istəyir. Yəni qulağını dibində qışqıran, yerə tüpürənlər olmayacaq. Tənqid yox, lap təhqir etsin. Kim tənqiddən ölüb? Mən istiyirəm ki, səmimiyyət qalib gəlsin.
Bizim inkişafımız bundan keçir. Səmimiyyət çılpaq olmalıdır. Ramiz Rövşənin bir şeri var: “Bir gün hava işiqlansa? kimin əli kimin cibindən çıxar. Kimıər əyilə-əyilə kimin evindən çıxar...” Bu olacaq, qoyun olsun. Simvolik bir şey deyim “KQB” arxivlərinin açılması. Əslində bu “KQB” arxivlərinin açılmasından daha ciddi nəticələr verəcək. Azərbaycan cəmiyyəti açılsın, bir tanıyaq ki, kim necədi. Azadlıq gəlsin, görək kim ortaya nə qoya biləcək. Din fərdə keçsin, baxaq onda nə qədər dindar qalacaq. Din biznesdən çıxsın, siyasətdən çıxsın, din şəbəkə olmaqdan çıxsın, güc, qüvvət olmaqdan çıxsın. Din nədi, qüvvə nədi? Din ilahi bir şeydir. Qüvvətə çevrilsə olacaq “qılnc müsəlman”. Hər birimiz ibadətimizdə olaq, masum insanlara kömək edək, xeyriyyəçi olaq, gündə altı dəfə əl-üzümüzü yuyaq, nər birimiz nəfsimizi idarə edək. Bunlar dinimizdə var. Bütün dinlər yaxşılığa, xeyriyyəçiliyə dəvət edir. Biz heç nəyi inkar etmirik, demirik ki, əclaf ol, vətən xaini ol. Bunları deməyib, hər əclaflığı edib dinin pərdəsi altında gizlənənlərin əlinjdən dinini alırsansa bu müqəddəs əməldir. Bu işi görən insanların yer əgər cənnət varsa cənnətdir.


-Belə bir fikir var ki, sizin ətrəfınızda cərəyan edən “yeni gənclik” ideyaları siz deyil, Asim Mollazadənin ideyalarıdır. Bu haqda nə deyərdiniz?

-Əvvəla, Dalğa Gənclər Hərəkatı yarananda mən Asim Mollazadəni tanımırdım.İqbal Ağazadə həbsdəydi deyə, biz Ümid Partiyasının qərərgahından istifadə edib “Dalğa”nı orda təşkilatlandırırdıq. Sonra İqbal Ağazadə həbsdən çıxdı, Ümid partiyasının öz işləri oldu və nəticədə orada artıq bizə yer olmadı və biz küçələrdə toplanmağa başladıq. 2006-cı ildə, artıq “Dalğa”nın bir yaşı tamam olmuşdu, bir il idi ki, fəaliyyət göstərirdik, bizə İqbal Ağazədənin uşaqları deyirdilər, bir il idi ki, bizə dinə qarşı çixanlar deyirdilər. Qısası bu gün deyilənlərin hamısı o vaxt da deyilirdi. Mən öz siyasi kariyeramı düşünürdüm. Universiteti bitirdim və mən Azərbaycanda bəyənmək ehtimalım olan bütün siyasətçilərlə ünsiyyətdə oldum. Fazil Mustafayla, İqbal Ağazadəylə, İsa Qəmbərlə ünsiyyətdə oldum. Əli Kərimlə ünsiyyətdə olmaq istədim və çox təəssüf ki, müavinləri bizim görüşümüzü təşkil etmədi. Bu günə qədər də mən Əli Kərimliylə ünsiyyətdə olmamışam.
Və günlərin bir günü Asim Mollazadəylə ünsiyyətdə oldum. Mən Asim Mollazadə ilə ünsiyyət ağlıma belə gəlmirdi. Treninqə getmişdim, yadımdadı qarlı bir havaydı və biz Nabranda treninqdəydik. Orda gənc biznesmenlərlə tanış oldum. Çox bəyəndim mən onları, onlar məni və onlar dedilər ki, biz Demokratik İslahatlar partiyasındanıq və Asim Mollazadə ilə görüş sizin üçün xeyirli olar. Mən görüşdən qaçırdım. Sonra onlar mənə məruzəçi olduqları bir tədbirə dəvət etdilər və mən yox deyə bilmədim. Tədbirin sonunda dözmədim çıxış edim. Aqil Abbas məni qucaqladı, təbrik etdi. Asim Mollazadə mənə yaxınlaşıb dedi ki. sizin fikirlərinizi çox bəyəndim, gəlin sizinlə ətraflı danışaq. Mən dedim ki, məmnüniyyətlə. Amma yenə də ünsiyyətdən qaçırdım. Asim Mollazadə ilə ilk ünsiyyət məninm fikirlərimin hamısını dəyişdi.


-Yəni əvvəl xoş olmayan bir fikir mövcud idi?


- Cəmiyyətin ümumi fikri mövcud idi və mən o fikirlərin içində batmşıdım. Asim Mollazadə ilə ünsiyyətdə olduqdan sonra anladım ki, hamı ilə ünsiyyətdə olub tanımaq və nəticə çıxarmaq lazımdır. Cəmiyyətimiz tanrısına görə formalaşan cəmiyyətdi. Tanrısına, yəni ən böyük dəyərinə pula görə formalaşan cəmiyyətdi. Bu gün Azərbaycan cəmiyyətinin ən böyük dəyəri puldu. Pulla formalaşan cəmiyyətin sözünə qulaq asmaqda axmaqlıqdır. Mən cəmiyyətin sözünə qulaq asıb çox səhvlər etmişəm. Bu səbəbdən insanları əmiyyətin sözünə qulaq asmamağa, öz düşüncəsinə, öz ağlına qulaq assın. Azərbaycanda elə mətbuat orqanları var ki, insanların fikrinə təsir edir. Sonra öyrənirsən ki, bu mətbuat orqanı kimdənsə pul alıb, kimisə pisləyib. Demək istədiyim odur ki, Asim Mollazadəylə mənim fikirlərim çox məsələlərdə üst-üstə düşür. Bu eyib bir şey deyil. O çox tolerant insandı. 6 ildir bu insanın yanında çalışıram və bir dəfə də adam haqqda tərif deməmişəm. Bu ilk dəfədir. Heç kim deyə bilməz ki, Asim Mollazadə ona pislik edib. Bu günə qədər ancaq fayda vermək haqqda düşünüb. Adam başqa yol seçib cəmiyyəti dərişmək istəyir. Buda normal deyilmi? Zatən hərəmiz bir yol seçib. Mən inanmıram ki, Azərbaycanda elə bir insan olsun ki, Azərbaycanın məhvini istəsin və üzdə olsun. Həmin insanlar çoxdan sıradan çıxıb. “Dalğa”nın ən radikal dövrü mənim Demokratik İslahatlar Partiyasında oldğum dövrdə olub, hakimiyyətlə ən çox döyüşdüyü dövrdə bu dövrdür. Asim Mollazadə “Dalğa”nın işinə heç vaxt qarışmır, “Dalğa” müstəqil qurum olaraq qalır. Asim Mollazadə də bir kişidə olan ən dəyərli şey var, kişi kimi sözünün üstündə durmaq. Mən onunla əməkdaşlığa başlayanda bildirmişdim ki, biz Dalğa Gənclər Hərəkatına müdaxilə etməyəcəyik, qarışmayacayıq, lazım gəlsə dəstək olacayıq. Kim bu günə qədər Dalğa Gənclər Hərəkatından kömək istəyibdə biz etməmişik. Eynulla Fətullayev həbs olunmamışdan bir gün öncə “Dalğa”dan gəlib məhkəmə salonunda ona dəstək olmağı istədi və bizdə dəstək olduq. Dalğaçılar ən pis anda, ən pis gündə heç kimdən məsləhətləşmədən, Azərbaycan xalqının, Azərbaycan həqiqətlərinin yanında olub. Məni ən çox incidən budur ki, mən sıfırdan başlamışam, hər şeyi özüm əldə etmişəm. Amma bu gün mənə Asim Mollazadə və adını çəkmədiyim yüzlərcə insan dəstək olduğu halda bunlar ancaq Asim Mollazadəni tanıyırlar və mənim bütün uğurumu onun ayağına yazırlar, məni uğursuz kimi qələmə verirlər. Bu ancaq paxıllıqdan irəli gəlir. Asim Mollazadə onları yox məni seçdiyi üçün keyfiyyətcə onlardan üstünəm.


Sədan Bünyadova