“Biz hər zaman Müsavatçı olmuşuq” - Açıqlama

biz-her-zaman-musavatci-olmusuq-aciqlama
Oxunma sayı: 657

“Qafqazinfo”ya açıqlamasında Müsavatı seçənlərdən biri- Əli Əkbər bunları deyib: “Respublikanın, respublikaçılıq dəyərlərinin ayaqlar altına atıldığı, tapdandığı bu günümüzdə, cəzasızlığın eyforiyası ilə gündən-günə azğınlaşan siyasi hakimiyyətin rəzil oyunlarına “yox” demək cəsarətini göstərə biləcək adamlara ehtiyac duyulmaqdadır. Zənnimcə bu vəzifə, ilk başda incəsənət adamlarının çiyinlərinə düşür. Rəsulzadənin də ifadə etdiyi kimi: "Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur.”
Arif Hacılı kimi, müstəqilliyin əldə olunmasında əvəzsiz xidmətləri olan şəxsiyyət Müsavat partiyasının 100 illiyi, Respublikanın 20 illiyi və partiyanın qurultayı ərəfəsində iki il yarım müddətinə həbsə göndərilirsə, bunun yerinə isə istiqlal əleyhinə səs verənlər yaxalarında “İstiqlal” ordeni ilə Milli Məclisdə əyləşiblərsə - deməli biz, bir millət olaraq ölkənin ən qrotesk, həyasız, tərbiyəsiz dövrünə şahidlik edirik.
Özümün və dostlarımın Müsavat Partiyasına keçmək barədə qərarında qeyri-adi, təəccüblü bir şey görmürəm. Biz, Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov və daha yüzlərlə parlaq şəxsiyyətin partiyasına keçmişik. Qaldı ki, partiyaya rəsmi üzvlük bizim üçün formallıqdan başqa bir şey deyil – biz zatən, hər zaman Müsavatçı olmuşuq. Azərbaycanın müstəqilliyini, azadlığını, demokratikliyini arzu edən, ölkəsini insan haqlarının qorunduğu, söz əv ifadə azadlığının təmin olunduğu, mülkiyyət hüququnun tanındığı çağdaş, inkişaf etmiş və Qərb standartlarına yüksəlmiş səviyyədə görmək istəyən hər kəs, bu dəyərlərin hələ 100 il əvvəl Azərbaycanda bərqərar olması uğrunda mücadilə edənlərin yaratdıqları Müsavat partiyasından kənarda özünü təsəvvür edə bilməz, etmir də. Bu mənada hər bir azərbaycanlı Müsavatçıdır.
Şəxsən mənim, bir liberal olaraq Müsavatı seçməyimin bir digər səbəbi isə, Müsavatın “Liberal İnternasional”a daxil olan, ölkədəki yeganə siyasi qurum olmasıdır.”