“Biz məscidlərin tikilməsinin əleyhinə deyilik”

biz-mescidlerin-tikilmesinin-eleyhine-deyilik
Oxunma sayı: 643

Dövlət və ayrı-ayrı şəxslər tərəfindən məscidlər tikilib və tikilir. Biz məscidlərin tikilməsinin əleyhinə deyilik, ancaq elə insanlar var ki, tikinti üçün xaricdən maliyyə dəstəyi alır.

SalamNews-un verdiyi xəbərə görə, bunu Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Oğuz şəhərində “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda keçirilən seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müstəqillik dövründə öz ideyalarının təbliğatı üçün qeyri qanuni məscidlər tikilib, bunlarda əksəriyyəti isə şəxsi evlərdə qeydiyyatdan keçirilib. Bununla əlaqədar, hələ də çətinliklərlə qarşılaşırıq, çünki axund və imamların oarada hansı ideyaları təbliğ etdiyi məlum deyil.

O deyib: "SSRİ zamanında Azərbaycanda 18 və bir zəvvarlıq məkanı fəaliyyət göstərib, bu gün isə məscidlərin sayı 1,7 min təşkil edir. Təqribən 70-80 məscid xarici ölkələrin maliyyə dəstəyi sayəsində tikilib, qalanlar isə azərbaycanın səyləri nəticəsində inşa olunub".