“Biz olimpiyadadan 9 medal gözləyirdik, amma 10 oldu”

biz-olimpiyadadan-9-medal-gozleyirdik-amma-10-oldu
Oxunma sayı: 637

Bu sözləri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev deyib. Boks Federasiyasının vitse-prezidenti bildirib ki, bundan sonra da idmanımızın inkişafı davam edəcək.

“İngiltərənin özündə əhalinin hər adambaşına düşən medalların sayı ilə əlaqədar araşdırma aparıblar. Azərbaycanda təxminən 1 milyon nəfərə 1 medal düşür. Biz 9 milyonluq ölkəyik və Olimpiadada 10 medal qazanmışıq. Həm də bunun ikisi qızıl medaldır. Bu çox böyük göstəricidir. Doğurdan da biz 9 medal gözləyirdik. 10 medal oldu və demək ki, 1 qızl medal bizim nəticələrə əlavə olundu. Bu da bizim inkişafımızdan xəbər verir”.

Britaniya mətbuatının Azərbaycan Boks Federasiyası ilə bağlı yazdıqlarına və məlum qalmaqala gəlincə, A.Abiyev BBC-nin Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) ilə böyük problemləri olduğunu vurğulayıb.

“BBC istəyirdi ki, AİBA onlara cavab versin, amma cavab ala bilmədilər. Nəticə belə oldu ki, bunlar bizim üstümüzə düşdülər. Buna baxmayaraq, iki boksçumuz öz medalını qazandı. Boksçu kimi deyirəm ki, bizim gümüş medalımızı əlimizdən aldılar. Teymur Məmmədov döyüşdüyü italiyalı boksçuya uduzmamışdı. Boksçumuz ikinci raundda iki noqdaundan sonra həmin rəqibini əməlli-başlı döydü. Amma Teymurun iki xalın vermədilər. Elə iki noqdaun iki xaldır. Onun bütün üstünlükləri nəzərə alınmadı. Orada ən çox Teymur Məmmədovu sıxdılar. Amma BBC-nin iddiaları, AİBA ilə olan problemlərə baxmayaraq, Azərbaycan idmançıları öz iki medalını qazandılar və yenə də Azıərbaycan boksunun adını yüksəklərə qaldırdılar”./modern.az/