Biz qayıdırıq

<b>Biz qayıdırıq</b>
Oxunma sayı: 277

Dəyərli oxucular, biz fəaliyyətimizi bərpa etdik. Yenidən oxucuların yanındayıq. Yaddaşımız itsə də biz sizi unutmamışıq. Və bu bir neçə günlük ayrılıq sizi daha yaxşı tanımağa kömək elədi. Bildirmək istəyirik ki, “Qafqazinfo” bundan sonra daha etibarlı qorunacaq. Lakin heç kim təhlükədən və haker hücumundan sığortalanmayıb. Bir tərəfdən isə baş verənlər bizdə yeni ideyalara yol açdı ki, yaxın günlərdə dəyərli oxucular bunların nədən ibarət olacağını görəcək. Bizi belə hücumlar sarsıda, yolundan döndərə bilməz. Öz mübarizəmizdə davam edəcəyik. Saytımızda daha maraqlı, bir-birindən gözəl rubrikalar altında yazılarımız olacaq. Qısacası, arxiv yoxdur, ancaq biz varıq. Bir daha bu günlər ərzində yanımızda olan, olmayan, adi bir telefon zəngi ilə dəstəyini nümayiş etdirən və etdirməyən hər kəsə dərindən təşəkkürümüzü bildirib, yola davam deyirik. Mən bu günlərin olayları haqqında maraqlı bir yazı yazacağıma söz verirəm. Uzağı sabah bu yazını oxuya biləcəksiniz. Hələlik isə sayt bizdən yazı gözləyir...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi