“Biz Rəsul Quliyevin Avropaya gəliş-gedişini təşkil etmirik” - Bəyanat

biz-resul-quliyevin-avropaya-gelis-gedisini-teskil-etmirik-beyanat
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda son zamanlar mətbuatda və sosial şəbəkələrdə Rəsul Quliyevlə bağlı dərc olunur məlumatlara münasibət bildirilib. “Guya Rəsul Quliyev Almaniyaya gəlişini İctimai Palatanın (İP) Avropada fəaliyyət göstərən üzvləri təşkil etdiyi kimi absurd ifadələrə rast gəlinir. Bundan istifadə edərək görüşə Avropadakı müxalifətçiləri toplamağa çalışırlar!

R. Quliyevin vaxtilə (hakimiyyətdə olduğu dövrlərdə) buraxdığı çoxsaylı səhvləri nəzərə alaraq , Azərbaycanın əsas müxalifət qüvvələrinin, ziyalıların, demokratik düşüncəli insanların birləşdiyi və beynəlxalq qurumlar tərəfindən də qəbul edilən İctimai Palatadan kənarda qurmaq istədiyi məramı bəlli olmayan bir təşkilatı bölücülük kimi qiymətləndirərək, biz İctimai Palatanın Almaniya-İsveçrə bürosunun üzvləri qətiyyətlə bəyan edirik ki, Rəsul Quliyevin Avropaya gəlişini və ya gedişini təşkil etmirik və bunun bizə heç bir aidiyyatı yoxdur. Məqsədi bəlli olmayan səfərdə İP tərəfdarlarının heç biri maraqlı deyil və iştirak etməyəcəyik! Ona və onun yanındakı azsaylı insanlara da məsləhət bilərdik ki, Azərbaycandakı rejimin maraqları ilə üst-üstə düşən xalqımızı bölmək hərəkətlərindən uzaq dursunlar! Əgər doğrudan Azərbaycanın gələcək taleyi ilə əlaqədar azacıq məsuliyyət hiss edirlərsə həqiqi müxalifət qüvvələri ilə bərabər hərəkət etsinlər”.