“Biz türkük, ata, babalarımız da türkdür” - Prezident

biz-turkuk-ata-babalarimiz-da-turkdur-prezident
Oxunma sayı: 1243

Qırğızıstan Prezidenti Almazbek Atambayev Milli Məclisdə çıxış edir. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti çıxışına Azərbaycan dilində başlayıb. O bildirib ki, qırğızların və azərbaycanlılar müstəqillik üçün çox keşməkeşli yol keçiblər. "Bizim tariximiz və kökümüz birdir. Repressiya dövründə 10 minə yaxın azərbaycanlı Qırğızıstana köçürülüb. Soyuq və pis hava şəraitində vaqonlarda neçə azərbaycanlı ölüb", - Atambayev çıxışında bildirib.

Prezident o dövrün ortaq dərdlərindən də danışıb: "Qırğızlarla azərbaycanlıların dövlətçilik yolu keşməkeşli olub. Ata-babalarımızın keçdikləri yol keşməkeşli olub. Biz ata-babalarımızın tövsiyələrinə əməl etməliyik. Bu, möhtəşəm "Manas" və "Dədə Qorqud"da da var. Heydər Əliyevin dediyi kimi, "Dədə Qorqud" dərin köklərə malikdir, bizim xalqlarımızın ortaq mədəniyyətidir", - Atambayev əlavə edib.

A. Atambayev “Biz türkük, bizim atalarımız, babalarımız da türkdür”, - deyə bildirib. (APA)