“Bizdən sonra növbəti hədəf postsovet ölkələridir...”

bizden-sonra-novbeti-hedef-postsovet-olkeleridir-
Oxunma sayı: 630

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Yaxın Şərqdən sonra növbəti qeyri-sabit bölgə keçmiş SSRİ məkanı olacaq. Modern.az “Vlast” jurnalına istinadən bildirir ki, Suriya lideri bu sözləri Dəməşqdən qayıdan rus nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Suriya preizidenti ilə görüşən nümayəndə heyətinin üzvü Aleksandr İvaçev bildirib ki, Bəşər Əsəd Qərbin və onun müttəfiqlərinin planları barədə açıqlama verib.
“Suriyaya təzyiq etməklə Qərb və bəzi ərəb ölkələri iki məqsəd güdür. Birinci məqsəd İranı təcrid etməkdir. İran hazırda dost olmayan ölkələrlə əhatə olunub. Bu siyahıda yalnız Aralıq dənizinə çıxışı olan Suriya istisnadır. İran üçün Suriya neft və qazını nəql etək üçün ən yaxşı müttəfiqdir. Əgər Suriyanı parçalasalar və xaosa salsalar, bu zaman İran tam təcrid olunacaq və təsiq imkanlarını itirəcək”-deyə Bəşər Əsədlə görüşün mövzusunu şərh edən İvaçev bildirib.
Suriya hakimiyyəti əmindir ki, Qərb bu ölkədə Əsəd rejimini devirdikdən sonra öz nəzərlərini postsovet ölkələrinə yönəldəcək. Bu siyasətin son nəticəsi Rusiyaya daxil olmaqdır.