“Bizi aldatmaq mümkün deyil”

bizi-aldatmaq-mumkun-deyil-
Oxunma sayı: 738

Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda ARDNŞ-ın elə əraziləri var ki, orada neft quyularına yaxınlaşmaq, onları idarə etmək və hasilata nəzarət etmək mümkün deyil: “Buna görə də hasilata birbaşa mane olan qanunsuz tikililər söküləcək”.

R. Abdullayev əlavə edib ki, söhbət yaşayış olan evlərdən getmir: “Son vaxtlar bütün qadağalara və ciddi tədbirlərə baxmayaraq, həmin ərazilərdə tikinti işləri yenə də davam etdirilir. Bu vəziyyətdə bizim əsas işimiz köhnə tikililərin sökülməsindən çox yeni tikililərə imkan verməməkdir. Bu ərazilərdəki bəzi sakinlər qanunsuz tikililəri hətta gecələr tikir və tikinti başa çatandan sonra bu evlərdə artıq neçə illərdir yaşadıqlarını iddia edirlər. Amma bizi bu məsələdə aldatmaq mümkün deyil. Çünki əlimizdə bu ərazilərin kosmosdan peyk vasitəsilə fasiləsiz çəkilən şəkilləri var. Hansı tikintinin nə vaxt və hansı saatda tikildiyini bilirik”. /“APA-ECONOMICS”/