Bizi kimin təmsil edəcəyi fevralın 12-də məlum olacaq

bizi-kimin-temsil-edeceyi-fevralin-12-de-melum-olacaq
Oxunma sayı: 661

Yarımfinal mərhələsində yarışmaçılara dəstək olmaq üçün çıxış edən müğənni Abbas Bağırov Eurovision səhnəsinin həqiqətən də həyəcanlı bir səhnə olduğunu deyib. Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-də də qalib gəlməsini arzulayan Abbas Bağırov bu yolda təmsilçimizə uğurlar diləyib.

Azərbaycanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək ifaçı isə fevralın 12-də bəlli olacaq. Həmin gün Heydər Əliyev Sarayında təşkil olunacaq final gecəsində Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İbrahimova "Eurovision 2012"də Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparacaq.