“Bizim cəmiyyətimiz demokratik olmadığından...”

bizim-cemiyyetimiz-demokratik-olmadigindan
Oxunma sayı: 639

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Razi Nurullayev deyib. Onun sözlərinə görə, normal, demokratik cəmiyyətlərdə növbəti prezident seçkilərinin ictimai müzakirəsi seçkinin başa çatmasından bir gün sonra başlayır: “Lakin, bizim cəmiyyətimiz demokratik olmadığından bu müzakirələrin başlaması eyni təbəqəyə məxsus insanlar üçün yalnız gərginlik yaradır”.

Sədr müavini bildirib ki, Azərbaycanda prezidentliyə namizədlərin bu müzakirələri fərdi şəkildə aparması müxalifət üçün daha yaxşıdır: “Əgər müzakirələr ictimailəşərsə onda qarşı tərəfin namizədlər arasında intriqa yaratması asanlaşar”.

Müxalifətin seçkilərdə hansı formada iştirakına münasibət bildirərkən isə Razi Nurullayev vurğulayıb ki, eyni ideologiyaya məxsus cəbhənin vahid namizədlə çıxış etməsi daha uğurlu olar: “Dünya praktikası da bunu göstərir ki, seçkilərə vahid namizədlə qatılan cəbhələrin qalib gəlmə şansı daha çoxdur”.

Fatimə Kərimli