“Bizim siyasətimizdə sünnilik əleyhdarlığı yoxdur”- Təkzib

bizim-siyasetimizde-sunnilik-eleyhdarligi-yoxdur-tekzib
Oxunma sayı: 647

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) rəsmi Moskvanın sünnilik əleyhinə siyasət yürütmədiyini bəyan edib. Nazirliyin açıqlamasında bəzi dairələrin Rusiyanın sünni müsəlmanlar əleyhinə siyasət yürütdüyünü iddiası ilə çıxış etdiyi bildirilərək, bu səpkidə deyilənlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.
Rusiyanın İslam Əməkdaşlığı Təşkilatındakı nümayəndəsi olan diplomat Konstantin Şuvalov bəzi ərəb ölkələrinin mətbuat orqanlarının rəsmi Moskvanı Suriyadakı böhranın aradan qaldırılmasındakı mövqeyindən dolayı sünnilik əleyhinə siyasəti yürütməkdə ittiham etdiyi deyərək, bunun həqiqətə zidd olduğunu qeyd edib.
“Bütün bu düşüncələr əsassızdır. Rusiyanın siyasətində sünnilik əleyhdarlığı yoxdur və ola da bilməz. Ölkəmizdəki müsəlmanların əksəriyyəti sünnidir. Ölkəmiz istənilən islam dövləti ilə əməkdaşlığa böyük əhəmiyyət verir”, - deyə Şuvalov açıqlamasında bildirib.