Bizmi günahkarıq, yoxsa, Fransa? - Şeir

bizmi-gunahkariq-yoxsa-fransa-seir
Oxunma sayı: 650





Bizmi günahkarıq, yoxsa, Fransa?

Etiraf insanın yaraşığıdır,
Etiraf eyləyək, nəyimiz varsa.
Üzümüz qaradır, baş aşağıdır-
Ondandır, sözümüz keçmir harasa.
Bizmi günahkarıq, yoxsa, Fransa?

Erməni haraya gedərsə, söylər:
“Xalqına zülm edən, gör, bizə neylər?”
Düşmən olsa belə, haqsızmı, bəylər?
Kimi inandırar, şah bunu dansa?
Bizmi günahkarıq, yoxsa Fransa?

Danışsaq, “sən hələ bur sus!”- deyərlər.
“Sizdə hüquq yoxdur, əfsus!”-deyərlər.
“Müxalif qüvvəni, get, pus”-deyərlər.
Nə deyə bilərik biz o zamansa?
Bizmi, günahkarıq, yoxsa Fransa?

Deyərlər: – “bu halla torpaq alınmaz,
Süd köhnə olarsa, qatıq çalınmaz,
Ömürlük şahlıqla dövlət olunmaz.
Zülməti xoşlayar ancaq yarasa.”
Bizmi günahkarıq, yoxsa Fransa?

“Yirmi il bir postda nazir piylənir,
Su qalsa bu qədər qabda, iylənir.”-
Desələr, üstünə söz mü söylənir?
Halımız dünyaya bunca əyansa,
Bizmi günahkarıq, yoxsa, Fransa?

Söyləmək gərəksə, Heydər, düzünü,
Dünyaya göstərb vəhşi özünü,
Haqlı çıxarmışıq düşmən sözünü.
Fransa neyləsin, ölkəm viransa?
Bizmi günahkarıq, yoxsa, Fransa?


Gönlüm


Ortak türkçe adına

Sevgi artıq bana yasaklanmıştır,
Bu hisler yakışmaz yaşıma, gönlüm.
İlk aşkım kalbimde kaysaklanmıştır,
Amandır kaysağı kaşıma, gönlüm.

Bu hissin devranı bitmiştir artık,
Gencliğimle gora gitmiştir artık.
Beni bu duruma itmiştir artık,
Ne yüzle bakarım eşime, gönlüm?

Ben şimdi bildiğin adam değilim.
Pişmişim ateşte bir ham değilim.
Kadehin düşkünü Hayyam değilim
Seni de tutarım dişime, gönlüm.

Az benim kalbimde odu körükle,
Az beni günaha, suça sürükle.
Bu büyük duyğuyla, bu büyük yükle
Çok ağir gelirsin döşüme, gönlüm.

Beni benden alan tamahlarımı,
Geceye kattığım sabahlarımı,
Genclikte yaptığım günahlarımı,
Lütfen, hiç getirme, düşüme, gönlüm.

Ruhumu çekersin dara kalbimde,
Çok derin açmışsın yara kalbimde,
Şeytan yuvasısın kara kalbimde,
Ne böyle düşmüşsün peşime gönlüm?!

İblisin kurduğu büyük hilesin,
Kendine bağlarsın Allah kölesin.
Kalbimden atacam seni, bilesin,
Kanim karışsa da yaşıma, gönlüm.

Elbette, bu duruş yürek istiyor,
Haydar da Allahtan kömek istiyor.
Lütfen, çocuklarım çörek istiyor,
Bırak beni gidim işime, gönlüm.