Mustafa Cəmilovun 10 yaşlı qız nəvəsi intihar etdi

mustafa-cemilovun-10-yasli-qiz-nevesi-intihar-etdi
Oxunma sayı: 647

Qeyd edək ki, həlak olmuş Canike Amet qızı Əbdülcəlilova Mustafa Cəmilovun böyük qızı Elzaranın övladı idi. Valideynləri Canikeni anbarda asılmış vəziyyətdə tapıblar. Onlar dərhal xilasetmə xidmətlərinə hadisə barədə məlumat veriblər. “Təcili yardım” gələnədək onlar özləri uşağı xilas etməyə çalışdalar da, hadisə yerinə gələn həkimlər 10 yaşlı qızın öldüyünü bildiriblər.

Məclisin mətbuat katibi Liliya Müslümovanın sözlərinə görə, bu, bədbəxt hadisədir: “Uşaq valideynlərini qorxutmaq istəyib. Onlar dənizə gedib, suyun temperaturu aşağı olduğundan qızcığazı özləri ilə aparmayıblar. Anası ona evdə oturub kitab oxumasını tapşırıb. Görünür, qız valideynlərini qorxutmaq istəyib və bu, faciəyə səbəb olub”.

Hadisə yerinə dərhal əməliyyat qrupu göndərilib. İstintaq aparılır, hadisənin səbəbləri dəqiqləşdirilir.