Boksçu rinqdə 32 saniyə sağ qala bildi

bokscu-rinqde-32-saniye-sag-qala-bildi
Oxunma sayı: 645

Peşəkar rinqdə daha bir boksçu ölümü faktı qeydə alınıb. ANS PRESS-in İTAR-TASS saytına istinadən verdiyi məlumata görə, Yeni Zelandiyada Peru mənşəli peşəkar boksçu Uilyam Rodriqes Qomes peşəkar rinqdə debüt döyüşündə ölüb.

61.2 kq çəki dərəcəsində çıxış edən 29 yaşlı oklendli boksçu Taitidə digər debütant Tehei Karia ilə qarşılaşıb. Rodriqes Qomes ilk raundun 32-ci saniyəsində huşunu itirərək xəstəxanaya çatdırılıb.

Həkimlər gənc boksçunun həyatını xilas edə bilməyiblər. Rodriqes Qomesin ölümü ilə bağlı təhqiqata başlanılıb. Xatırladaq ki, Rodriqes Qomes peşəkar boksa keçməzdən əvvəl uzun müddət kikboksçu kimi döyüşüb.