Boksçularımız bürüncdən artığını bacarmadı

bokscularimiz-buruncden-artigini-bacarmadi
Oxunma sayı: 641


91 kq çəki dərəcəsində Teymur Məmmədov finala vəsiqə uğrunda italiyalı Klemente Russo ilə qarşılaşıb. Təmsilçimiz ikinci hissəni 6:4 hesabı ilə irəlidə bitirsə də, oyunun sonlarında təşəbbüsü rəqibə verib və 13:15 hesablı məğlubiyyətlə barışıb.

Ən ağır çəkidə mübarizə aparan Məhəmmədrəsul Məcidov da eyni aqibəti yaşayıb. O, italiyalı Roberto Kammarelli ilə üz-üzə gəlib. İdmançımız ilk hissəni 6:4 hesablı üstünlüklə bitirib. Lakin uğurlu çıxışı sona çatdırmaq mümkün olmayıb və görüş 13:12 hesabı ilə Kammarellinin xeyrinə başa çatıb.

Beləliklə, hər iki idmançımız London Olimpiadasının bürünc medalını qazanıb.

Ceyhun Əhmədov