Boksçumuzun qələbəsi ləğv edildi

bokscumuzun-qelebesi-legv-edildi
Oxunma sayı: 653

İlk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub. Abdulhəmidov bu qələbə ilə 1/4 finala yüksəlsə də, sonradan Hakimlər Kollegiyasının qərarına əsasən olimpiadanın rəsmi saytında yaponiyalının qalib olduğu göstərilib.

Qeyd edək ki, boksçularımızdan bunadək Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) mübarizəni dayandırıb.