Bolqarıstan prezidenti Bakıda şad xəbər alıb

bolqaristan-prezidenti-bakida-sad-xeber-alib
Oxunma sayı: 653

Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana səfəri zamanı şad xəbər alıb. “Qafqazinfo” bolqar mətbuatına istinadən xəbər verir ki, Azərbaycanda olan zaman prezidentin nəvəsi dünyaya gəlib. Belə ki, onun oğlu Vladimirin həyat yoldaşı Tsvetankanın oğlu olub. 3 800 qram ağırlığındakı uşağa prezidentin babasının şərəfinə Georgi adı qoyulub.

Georgi Pırvanova nəvəsinin dünyaya gəlməsini Bakıda olan zaman veriblər.

Qeyd edək ki, Bolqarıstan prezidentinin İvaylo adlı kiçik bir oğlu da var.