Bolqarıstandan Azərbaycana yeni iddia

bolqaristandan-azerbaycana-yeni-iddia
Oxunma sayı: 707

Azerisport.az xəbər verir ki, qarşı tərəf milliləşərək yığmamıza cəlb olunan atletlərinə görə 800 min avro kompensasiya tələb edir.

Qeyd edək ki, söhbət Boyanka Kostova və Valentin Xristovdan, eləcə də onların məşqçiləri Luçezar Kişkilov və Zlatan Vanevdən gedir. Bu idmançıların ölkəmizin şərəfini qorumaması üçün əllərindən gələni edən bolqarlar indi də yüksək məbləğli kompensasiya tələbini ortalığa atıblar.

Bolqarıstan Ağır Atletika Federasiyasının baş katibi Borislav Gidikov bildirib ki, artıq onlar idmançılara qiymət də qoyublar: “Biz Boyanka üçün 500 min, Valentin üçün isə 300 min avro qiymət qoymuşuq”.