“Boyer, heç nə bilmirsiniz?” – Azərbaycandan müraciət

boyer-hec-ne-bilmirsiniz-azerbaycandan-muraciet
Oxunma sayı: 661

Lider Qadınlar İctimai Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, XXI əsrin qadınları, ”Lider Qadınlar” İB, Universitet Təhsilli Qadınlar Cəmiyyəti, ”Qadınlar gələcək uğrunda”, D.Əliyeva adına “Azərbaycan qadın hüquqları müdafiə cəmiyyəti”, ”Qadınlar sülh uğrunda” təşkilatlarınını müraciətində Azərbaycan qadınlarının kəskin etirazı əks olunub.

Müraciətdə deyilir: “Tarixin ən böyük yalanının ölkənizin qanunvericiliyi tərəfindən qanuniləşdirilməsi Fransa tarixində insan hüquq və azadlıqlarına, fikir, söz və düşüncə azadlıqlarına, Avropa dəyərlərinə qara hərflərlə yazılacaqdır. Əlbəttə Beynəlxalq hüququn prinsiplərinə zidd olan, onu zədələyən bu qanuna səs verənləri mütərəqqi Fransa ictimaiyyəti təkcə bu gün deyil, gələcəkdə də hiddət və qəzəblə xatırlayacaqlar.
Hər bir siyasətçinin ən qiymətli dəyəri onun vicdanlı, obyektiv və ədalətli olmasıdır. Çox təəssüf ki, bu qanun təkcə kiçik bir qrup maraqlara xidmət etməsi ilə deyil həm də tarixi saxtalaşdırmağa bir cəhd idi. Bununla da bu qanun dünyada insan hüquq və azadlıqlarının, söz və düşüncə azadlıqlarının qorunduğu ölkənizin imicinə zərbə oldu.
Siz isə sevinc göz yaşlarınızı axıdaraq, hazırladığınız bu mürtəce qanunla qürur duyduğunuzu bildirdiz.

Sizə çox yaxşı bəllidir ki, tarixdə xalqların yaşadıqları faciələrdə siyasətçilərin də çox böyük rolu və məsuliyyəti olmuşdur. Fransa tarixindən Əlcazair və Ruanda xalqlarının keçdiyi acı yolu Siz daha yaxşı bilirsiz. Bu mənada Avropa dəyərlərinin qoruyucuları olan ölkələrin siyasətçilərinin yanlış addım atması qəti yol verilməzdir.

Tarix üçün 20-25 il dünəndir. Bu mənada insan haqqlarından danışan siyasətçi kimi Sizin ’’dünən’’ 1988-ci ildə Ermənistandan bir gecədə deportasiya edilən 200 min azərbaycanlı haqqında, Azərbcanın Qarabağ bölgəsindən köçkün düşən 1 milyon insan haqqında, ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında bilməməyiniz və ya bilmək istəməməniz, təcavüzə məruz qalmış bu günahsız insanların hüquqlarını müdafiə etməməniz bir daha niyyətinizi ifşa edir.

Heç nə bilmirsiniz? Amma 100 il öncə olmayan bir hadisəninin qurbanlarının hüquqlarını ağlaya-ağlaya qoruyursunuz. Budurmu öyündüyünüz Avropa dəyərləri?”.