Böyük Britaniya İrana hücuma hazırlaşır

boyuk-britaniya-irana-hucuma-hazirlasir
Oxunma sayı: 632

Bu barədə "Guardian" qəzeti yazıb. Məlumata əsasən, Böyük Britaniya hərbçiləri İranın nüvə obyektlərinə mümkün hücum üçün Yaxın Şərqdə öz donanmasını, həmçinin "Tomahawk" qanadlı raketlərinin olduğu sualtı qayıqlarını yerləşdirməyi planlaşdırır.

Böyük Britaniyanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, buna Tehranın nüvə proqramı ilə bağlı yayılan yeni məlumatlar əsas verib. Həmin məlumatların isə ABŞ-ın İran ərazisində bəzi obyektlərə mümkün raket zərbələri endirmək qərarı çıxarmasına səbəb ola biləcəyi vurğulanır. Londonun isə bu addımı dəstəkləyəcəyi bildirilir.

Böyük Britaniya mətbuatında bu məlumat isə İsrailin kütləvi informasiya vasitələrində İrana qarşı mümkün əməliyyatla bağlı məlumatlarla eyni vaxtda yayılıb. Böyük Britanyanının "Telegraph" qəzeti isə xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu hökumətin üzvlərini İrana qarşı mümkün əməliyyatları dəstəkləməyə inandırmağa çalışır.